Co Bayden Putini yenə ittiham etdi

ABŞ Prezidenti Co Baydenə görə Vladimir Putin, yalnız nüvə silahı və nefti olan bir iqtisadiyyatı idarə edir. Bu barədə ABŞ prezidenti Milli Kəşfiyyat Agentliyinin direktorunun mənzil-qərargahında çıxışı zamanı bildirib.

Ağ Evin rəhbəri kəşfiyyatçılarla ilə söhbətində bir daha Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə ittiham edib və eyni zamanda rusiyalı hakerlərin kiberhücumlarının müharibəyə səbəb ola biləcəyini deyib. Buna baxmayaraq, “Politico” qəzetinin yazdığına görə, Bayden, Putinə və ətrafına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil.

Baydenin fikrincə, kiberhücumlar ABŞ üçün artan təhdidlərinin yalnız bir tərəfidir. O, kəşfiyyat xidmətinin yaxın on ildə əvvəlkindən daha çox iş görməli olacağını qeyd edib. Eyni zamanda, Bayden, kəşfiyyat rəhbərlərinə müraciət edərək, Amerika xüsusi xidmət orqanlarının üstünlüyünü haqqında danışıb. Sitat:

“Prezident Putin sizin onun öz komandasından daha yaxşı olduğunuzu bilir və bu da onu xeyli narahat edir. Putin nüvə silahı və neft quyuları olan bir iqtisadiyyatı idarə edir. Xoşagəlməz bir vəziyyətdə olduğunu bilir və bu amil, fikrimcə, onu daha da təhlükəli edir”, – ABŞ prezidenti vurğulayıb.

Bayden, Rusiyanın ABŞ-da 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərə müdaxilə cəhdlərindən də danışıb. Prezident  Rusiya tərəfinin bu məqsədlə dezinformasiyalardan istifadə etməyə çalışdığını bildirib.

Bildirilir ki, Baydenin kəşfiyyat direktorunun ofisində çıxışının səbəbi ABŞ-ın mühüm infrastrukturuna  son vaxtlar artan kiberhücumlardır. ABŞ rəsmiləri kiberhücumların əksəriyyətinin məhz Rusiya Federasiyası ərazisindən həyata keçirildiyini iddia edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button