Co Bayden, Yerevan və Bakını substantiv danışıqlara çağırıb

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden, yeni hökumətin formalaşdırılması ilə bağlı Nikol Paşinyana təbrik göndərib:

“ABŞ, ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli dinc nizamlanma üzrə danışıqlarda tərəflərə yardım etmək öhdəliyinə sadiqdir. Biz, Ermənistanı və Azərbaycanı mümkün qədər tez substantiv danışıqlara başlamağa çağırırıq. ABŞ, Azərbaycandakı erməni hərbi əsirlərin azad edilməsinə yardımçı olmaqdan məmnun idi. Biz bundan sonra da bütün hərbi əsirlərin təhlükəsiz şəkildə qayıtmasına çağıracağıq. Ümid edirik ki, Gürcüstanın dəstəyilə bu sahədə əldə etdiyimiz tərəqqi Minsk Qrupu həmsədrlərinin təşəbbüs göstərdikləri  müzakirələrə əlavə olaraq, gələcək regional əməkdaşlıq üçün mühüm əsas olacaq”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button