D18 5 yaşını qeyd etdi

Bu gün D18 Hərəkatı Müsavat Partiyasının mərkəzi qərargahında hərəkatın yaradılmasının beşinci ildönümünü qeyd etdi.

İlk öncə təşkilatçılar D18 Hərəkatının 5 ildə keçdiyi yol və fəaliyyətləri barədə hazırladıqları videoçarxı təqdim etdilər.

Yubiley tədbirində ictimai fəallar və siyasət adamları iştirak edirdi. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Tofiq Yaqublu, Bastainfo.com saytının Baş redaktoru Mustafa Hacıbəyli, hüquq müdafiəçisi Samir Kazımlı, NİDA vətəndaş hərəkatının üzvü Məsud Əsgər, AXCP Gənclər komitəsinin üzvü Şəmistan Həzi, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov çıxış edərək D18 Hərəkatının ölkədə baş verən ictimai-siyasi proseslərə prinsipial mövqe bildirməsindən, siyasi məhbus ailələrini daim diqqətdə saxlamasından danışdılar. Bu yolda hərəkatın rəhbəri Ruslan İzzətliyə və hərəkat üzvlərinə uğurlar arzu etdiklərini bildirdilər.

Toplantıda ictimai fəallar, siyasi partiya üzvləri və siyasi məhbus ailələrindən nümayəndələr iştirak etdi.(bastainfo.com)

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button