Daha bir jurnalist həbs edildi

Aydın Canıyevi kim həbs etdirib?
Sentyabrın 8-də “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib. Bu barədə AzadlıqRadiosuna Lənkəran şəhər polisindən məlumat verilib. O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Polisdən verilən məlumata görə, Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı AzadlıqRadiosuna deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub.
Deməsinə görə, sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-ı axşam görüşüb:«Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı məni şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yol pulumu da onlar verib. Deyilib ki, onun yazılarında dindarlarla bağlı bəzi düzgün olmayan məqamlar var. Dediyinə görə, o da həmin səhvlərin düzəldiləcəyinə söz verib. Mənə bunları dedi. Onun həbs olunması ilə bağlı məlumatı eşidəndən sonra onunla heç cür əlaqə saxlaya bilməmişəm».

Əvəz Zeynallının deməsinə görə, Aydın Canıyevin cənub bölgəsində dindarların fəaliyyəti ilə bağlı xeyli tənqidi yazıları olub.
Onun deməsinə görə, həmin yazılarda daha çox Qafqaz müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi tənqid olunurmuş. Baş redaktor müxbirin yazılarına görə həbs oluna biləcəyini deyir.

Ə. Zeynallı «Qafqazinfo»ya açıqlamasında isə deyib ki, A. Canıyevi Lənkəranın Axundu Hacı Sədi tutdurub. Bu barədə ona iki gün əvvəl Aydın Canıyevin özü məlumat verib.

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

  1. ifşaedici kəskin yazıları yazırdı.Mollalar yalandan üzünı duraraq hıbs etdirdilər. Bütün respublika qəzetləri həyacan təbili çalmalı, Aydın müəllimin müdafiəsinə qalxmalıdırlar.

  2. Mən Aydını tanıyıram ona bəraət qazandırmaqdansa haqqı danışmaq lazımdır.Mən molla deyiləm amma yazdıqlarını oxumuşdum orda həqiqətdə var idi böhtanda.hər kəs qanun qarşısında bərabərdir.ne olsun jurnalistdir amma bu gündən MirZƏ Sakit üçündə var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button