Deputat: “İnsanları qeydiyyatdan çıxarmaqla cəmiyyətdə gərginlik yaradırıq”

“Bu yaxınlarda polis bölmələrinə qeydiyyatına düşənləri qeydiyyatdan çıxardılar. Həmin şəxslərin arasında Qərbi azərbaycanlılar və başqa kateqoriyadan olanlar var. İnsanları qeydiyyatdan çıxarmaqla cəmiyyətdə gərginlik yaratmış oluruq”.

Bunu Milli Məclisin deputatı Əziz Ələkbərli Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

“Bununla da onlar həm işə düzəlmə, həm də dövlətin digər sosial güzəştlərindən istifadə imkanlarını itirirlər. Bu sahədə çoxlu müraciətlər olur. Hesab edirəm ki, bu məsələyə diqqət yetirmək lazımdır. Sənədsiz evlərə çıxarışlar verilməklə məsələni həll etmək olar”, – deputat qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button