DİN “atalar və oğullar” nazirliyinə çevrilir-RAMİL USUBOVDAN YENİ TƏYİNAT
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.
Xural.com “qafqazinfo”ya istinadən xəbər everir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mahir Quliyev 23-cü Polis Bölməsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, M.Quliyev Daxili işlər nazirinin müavini Fazil Quliyevin qardaşı oğludur.
Xural.com xatırladır ki, Ramil Usubovun öz oğlanları da DİN-in yüksək strukturlarında çalışır. Oğlu isə generaldır. Amma bu, qanunlara ziddir. Buna baxmayaraq, Azərbaycan reallığında belə hadisələrə normal baxılır. DİN “atalar və oğullar” nazirliyinə çevrilir.
Xural.com