“Diriliş Ertoğrul” bu tarixdə bitir

Maraqla izlənilən “Diriliş Ertoğrul” serialının final tarixi bəlli olub.

Axşam.az xəbər verir ki, “Diriliş Ertuğrul”un final bölümü mayın 29-da yayımlanacaq. Serial yeni mövsümdə baş rolda Burak Özçivitin iştirakı və “Osman Qazi” adlı ilə yayımlanacaq.

“Osman Qazi” serialının ilk bölümü isə noyabrın 13-də TRT 1-də nümayiş olunacaq.

Türkiyə mətbuatının yazdığına görə, adıçəkilən layihənin sonuncu bölümündə Ertoğrul seriala ölərək vida edəcək. Buna səbəb kimi baş rol qəhrəmanı Engin Altan Düzyatanın Burak Özçivitlə eyni serialda oynamaq istəməməsi olub. Odur ki, təşkilatçılar onları ayrı-ayrılıqda çəkməyə qərar verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button