Dövlət başçısı Mikayıl Müşfiqin qalıqlarının araşdırılması barədə göstəriş verib

Azərbaycan şairi, Stalin repressiyasının qurbanı Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar dövlət başçısının nəzarətindədir. Bu barədə prezidentin köməkçisi Əli Həsənov bildirib.

Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib.

“Tapşırığa əsasən Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək”, – KİV Ə.Həsənovdan sitat gətirib.

Xatırladaq ki, bir neçə gün öncə jurnalist Eynulla Fətullayevin rəhbərliyilə bir qrup təşəbbüskar Bakının yaxınlığında repressiya qurbanlarının kütləvi güllələndiyi yerdə qazıntı aparıb. Qrup şairin qalıqlarını aşkar etdiyini bildirib və rəsmi araşdırmaya nail olmağa cəhd göstərib. Lakin mədəniyyət naziri Əbülfəz Qarayev və digər dövlət məmurları bunun əleyhinə kəskin çıxışlar ediblər. Bundan sonra bu mövzuda söhbət qapanıb.

Lakin hakimiyyətin hərəkəti KİV və ictmaiyyətin kəskin tənqidinə səbəb olub

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button