Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə işsiz yoxdur – FAKT
Dövlət Statistika Komitəsi Əmək bazarının 2013-2014-cü illər üçün əsas sosial-iqtisadi göstəricilərini açıqlayıb. Məlum olur ki, 2013 -cü ildə 5 milyona yaxın iqtisadi fəal əhali var idisə, bu rəqəm 2014 və açıqlama verilmədiyi üçün 2015-ci ildə sıfır həddinə düşüb. Yəni Azərbaycanda son ilyarımda iqtisadi fəal əhali olmayıb.
xural.com bu göstəricilərə əsaslansa, o zaman məlum olur ki, İqtisadiyyatda məşğul olanların və eləcə də işsizlər sayı, göstərilən vaxt kəsiyində sıfır səviyyəsində olub.
Komitənin bu statistik göstəriciləri hansı yolla əldə etdiyini öyrənə bilməsək də, rəsmi saytda yazılanları dəlil kimi araşdırma predmeti etmək mümkündür.
DSK-nin bu göstəricilərindən belə çıxır ki, hazırda ölkədə işsiz yoxdur. Cəmi il yarım ərzində bu problem tamamilə aradan qaldırılıb.
http://www.azstat.org/MESearch/details