Dünyada neft və qızıl bahalaşır

Dünya birjalarında neft bahalaşıb.

 

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,58 dollar və ya 2,46% artaraq 65,88 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,54 dollar və ya 2,23% artaraq 70,45 dollar təşkil edib.

 

Amerika fond bazarında “Dow Jones” indeksi 1,77% – 23 533,20 bəndədək, “S&P 500” 2,10% – 2 588,26 bəndədək, NASDAQ isə 2,43% – 6 992,67 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,44% – 6 921,94 bəndədək, Almaniya DAX-ı 1,77% – 11 886,31 bəndədək, Fransa CAC-40-ı 1,39% – 5 095,22 bəndədək ucuzlaşıb.

 

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 22,50 dollar artaraq 1 355,70 dollara, gümüşün unsiyasının qiyməti 0,20 dollar artaraq 16,58 dollara satılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button