Dustaq Sərsəng, qapalı Kəlbəcər yolu və Laçın yolunu eşməyə çalışan AŞPA 

Azərbaycan Müdafiə Nazirliyi növbəti erməni təxribatı barədə məlumat yayıb. İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirlərinin görüldüyü bildirilir. Amma deyəsən, Ermənistan belə təvazökar cavabla kifayətlənmək niyyətində deyil, darmadağın olmaq intizarındadır.

Ermənistanın son günlər demək olar ki, bütün sərhəd boyunca atəşkəsi pozması, üstəlik ordunu bir nömrəli hazırlıq vəziyyətinə gətirməsi, şərti sərhədlər boyunca hərbi texnika və şəxsi heyət toplaması, hətta kişi çatışmazlığından qadınları da kütləvi şəkildə orduya çağırması növbəti savaş riskini artırır. Özünü ara-sıra ağ göyərçinə bənzədən hay hakimiyyəti reallıq hissini o qədər itirib ki, baş verə biləcək toqquşmaların hansı nəticə ilə bitəcəyini anlaya bilmir. Elə bilirlər ki, şantajla, hay-küy salmaqla nələrəsə nail ola, xaricdəki havadarlarından dəstək ala biləcəklər. 44 günlük müharibə zamanı tək qaldıqlarını deyən də bunlar, növbəti dəfə havadarlarının fitnə-felinə uyub, gərginliyi tətikləyən də…

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Arazdəyən istiqamətdə ABŞ şirkətinin metallurgiya zavodu tikməsi üçün “yaşıl işıq” yandıran Ermənistan faktiki olaraq qırmızı işıqdan keçən sınıq-salxaq avtomobilə bənzəyir. Bu ünvandan Naxçıvan tərəfi atəşə tutmaqla cavab atəşlərini qeydə almaq, bu barədə ABŞ-a işverənlik etmək, Avropa İttifaqının emissarlarının ardınca amerikan “müşahidəçilər”in də sərhəd boyunca düzəlməsinə nail olmaq istəyir. Düşünür ki, amerikalı, avropalı casus-hərbçilərin şərti sərhədlər boyunca düzülməsi hesabına 28.9 min kv.km-lik Ermənistandan əlavə, Kərki kəndini, həmçinin Qazaxın 7 kəndini ilhaq edə biləcək. Nə qədər düşüncəsiz olasan ki, Qars Müqaviləsi ilə Türkiyə tərəfindən də təhlükəsizliyinə təminat verilən Naxçıvana dil uzadasan…Üstəlik, masada Şuşa Bəyannaməsi var, hər an işə düşə bilər…

Fitnə-fəsad salmaqda uzun illər “ad çıxartmış” hay dəstəsi şər-böhtanın “doza”sını o qədər artırıb ki, artıq bunlara yeni ad tapmaq da müşkülə dönüb. Diqqət edin, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iyunun 19-da, Ermənistan ordusu Naxçıvanı atəşə tutan dəqiqələrdə nə deyib.

Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirilib

Sitat: “Bakı və Ankaranın vaxtaşırı danışdıqları kommunikasiyaların bloklanması ilə bağlı təfərrüatlar bizim tərəfimizdən narahatlıq doğurur və bu istiqamətdə işlər davam etdiriləcək”. Hansı bloklanma? Azərbaycan və Türkiyə 3 ilə yaxındır səbirlə yolların açılmasını gözləyir, davamlı çağırışlar edir. Kostanyan “Ermənistan öz mövqeyini bildirib, İranın da mövqeyi məlumdur”-deməyi də unutmayıb. Fitnə-felin bir ünvanını nişan verib. Əslində çoxdan bilirdik. Bu günlərdə cənab Ərdoğan da Zəngəzur dəhlizinə qarşı olan ölkənin adını Bakıda çəkmişdi.

Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi çərçivəsində Horadizdən Ordubada 166 km-lik yeni dəmir yolu çəkiləcək.

Abdulkadir Uraloğlu Kimdir? Nerelidir? Özgeçmiş ve Haberleri - Diyadinnet

Türkiyəli nazir dəhlizin Ermənistan ərazisindən keçən 43 km-lik hissəsinin tikintisi üzrə Azərbaycanla Rusiya arasında danışıqlar keçiriləcəyini də bildirib. “Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 km-lik xətt təmir olunacaq. Bundan əlavə, Vəlidağdan Ermənistan sərhədinə qədər 14 km xətt uzadılacaq”, – deyə Uraloğlu əlavə edib. Yəni burada hər hansı blokalamadan söhbət getmir, əksinə, 10 noyabr anlaşmasının bütün bəndlərinin sürətlə həll olunmasına yönəlik addımlardan bəhs olunur. Bu prosesdə isə Ermənistan sadəcə tormozlayıcı rol oynayır.

Aleksey Overçuk: Moskva hər gün Bakı və İrəvanla əlaqə saxlayır

Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə deyib ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli qrupun görüşü zamanı formalaşmış hərtərəfli sənəddə bildirilir ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Cuqa-Mehri-Horadiz boyunca keçəcək dəmir yolunun bərpası ilə başlayacaq. Yəni burada da Azərbaycanın hər hansı maneçilik törətməsindən qəti şəkildə söhbət getmir. Di gəl, Ermənistan rəsmisi həyasızcasına Azərbaycanı ittiham edir. Hətta belə məlumat  var ki, dəmiryolunun çəkilməsi Azərbaycan və Rusiya maliyyəsi ilə həyata keçiriləcək. Yəqin Ermənistan yenə də dilənçiliyini rəsmən elan edib, “pulum yoxdur” deyib. Amma bir neçə dəfə yazmışıq,  Zəngəzurdan keçən dəmiryolu xətti sovetlər dönəmində Azərbaycanın balansında olub, talayıb, indi ödəsin! Pulu yoxdur? Cəhənnəmə ki! Ərazi ilə kompensasiya eləsin!

Ermənistan revanşist mövqeyindən geri çəkilməsə... - "İki sahil"

Bu gün erməni revanşistlər Avropadan gələn bir xəbərə seviniblər. Bildirilir ki, AŞPA-ya Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məsələsi ilə bağlı təcili müzakirələrin keçirilməsi üçün müraciət daxil olub. İddia olunur ki, Assambleya həmçinin miqrasiya məsələsi ilə bağlı birgə müzakirələr keçirəcək və üç məruzəni müzakirə edəcək: miqrantların və qaçqınların inteqrasiyasına dair; miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyasına dair; habelə sənədsiz işçilərə və ya daimi statusu olmayan şəxslərə tibbi-sosial yardımın göstərilməsi haqqında.

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək

Əgər AŞPA növbəti dəfə Azərbaycanın hansı yolunda kimin, necə hərəkət etməsini müəyyənləşdirməyə cəhd edəcəksə, cavabını alacaq. Strasburqdakı ermənipərəst çevrələr əvvəlcə AŞPA-nın Sərsəng su anbarı ilə bağlı 2015-ci ildə qəbul edilmiş qətnamənin icrasına nail olsunlar, sonra Azərbaycanın Laçın yolunu eşələsinlər…Xatırladaq: AŞ PA öz qətnaməsində Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Bu günədək erməni ordusu Sərsəng daxil, ətraf ərazilərdədir! Sərsəngi dustaq edib terrorçu ordu! Üstəlik, Laçın yolu ilə ermənilərin necə gedib-gəlməsini özünə dərd edən AŞPA-lılar Ağdərə-Kəlbəcər yolunun niyə açıq olmadığını da araşdırsınlar. Kəlbəcər sakinləri dədə-baba yurdlarına hələ el yolu ilə gedə bilmirlər, dağlar aşırlar, AŞPA!

P.S.Bir anlıq mənə elə gəldi ki, əgər Ağdərə-Kəlbəcər yolu açıq olsaydı, Zülfüqar Hüseynzadəni belə erkən itirməzdik…Rahat yolumuzda erməni terrorçuları yuva qurub, AŞ-lar, PA-lar görməzdən gəlir, vətəndaşlarımız min bir əziyyətlə Murov aşırımını qət etməli olurlar…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button