“Elçibəy marafonu” start götürür

 İyunun 21-də Müsavat Partiyasının qərargahında Azərbaycanın II prezidenti Əbülfəz Elçibəyn fəaliyyətini əks etdirən kitabların nəşri üçün marafon keçiriləcək.

Bu barədə xural.com-un baş redaktoru, jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabından məlumat yayıb.

O yazır: “Elçibəyin fəaliyyətini əks etdirən çoxcildliyin II cildini nəşr etdirmək üçün I cildi Elçibəysevərlərə öz qiymətinə təqdim edirik. 21 iyun 2019-cu ildə Müsavat partiyasının qərargahında “Elçibəy marafonu” təşkil olunacaq. Gənclərə, tələbələrə, Azərbaycanı sevənlərə daha bir imkan yaranır ki, Elçibəyin bu tarixi kitabına sahib olsun. Buyurun, sayı çox məhdud olan kitabdan Siz də alın – ayın 21-də səhər saat 11.00-dan 17.00-a qədər marafonda iştirak edək və II cildi tariximizə qazandıraq”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button