Eldar Həsənovdan xəbər var!

Sabiq səfir Eldar Həsənov, yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürülüb. Vəkil Cavad Cavadov bildirib ki, iyulun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında istintaq hərəkəti zamanı Eldar Həsənov, növbəti başgicələnməsi səbəbindən yerə yıxılıb:

“Şənbə və bazar günü təcridxanada tibb personal olmadığından, ona dərhal yardım göstərilə bilmədi. Hər bir növbəti yıxılma, sonuncu ola bilər. Bu gün Eldar Həsənov, yenidən DTX-nın Hərbi Hospitalına köçürüldü. Onda aşkar olunan başgicəllənmənin əslində müalicəsi yoxdur, prafilaktikası vardır və həbs şəraitində bu mümkün deyil. Ömürlük xəstəlikdir, daimi başgicələnmələri olacaq. Bu xəstəlik, həbsdə olduğu müddətdə yaranıb. Eldar Həsənovun yaşının 66 olmasını nəzərə alaraq, Baş Prokurordan onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığına buraxılması üçün təcili məhkəməyə təqdimat verməsini xahiş edirəm. Vəkilin sözlərinə görə, Eldar Həsənov, keçən ilin oktyabr ayından başlayaraq, təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edir. Sitat: “İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Hospitalda stasionarda olan zaman, müayinə zamanı, onda bəzi xəstəliklər aşkar olunub. Beləliklə hazırkı vaxtadək başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olub.”

Avropa İnsan Haqları Məhkəməsi, bu il mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar, stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul edib. Bundan sonra iyulun 2-də keçmiş səfir, Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında əməliyyat olunub.

Xatırladaq ki Eldar Həsənov, 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra, Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra, 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və HersoqAvi:nadakı səfir vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Eldar Həsənov, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur. Keçmiş səfir, ittihamları qəti qəbul etmir.

Bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə, həbs qətimkan tədbiri dəyişdirilib. Yalnız, Həsənov həbsdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button