Eldar Mahmudovun “Xaç Atası” da vurulur…

Əli Əsədovun şəbəkəsinin də başı dərddə…

eldarmahmudov-1

Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun başının üstünü qara buludlar alıb. İqtisadi sahədə bir çox səlahiyyətləri olan Əli Əsədov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vurulmasından sonra yenidən hədəfə çevrilənlər siyahısındadır. Onun Eldar Mahmudovla yaxın münasibətlərinin olduğu haqda məlumatlar var.

Əli Əsədovla Eldar Mahmudovun yaxınlığı uzun illər bundan əvvələ dayanır. Hələ gənclik illərindən dostluq edirlər. Bir yerdə oxuyublar. Maraqlıdır ki, Eldar Mahmudovun bu vəzifəyə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilir. Konkret olaraq ölkənin ali rəhbərliyi ilə Mahmudovun tanışlığı da Əli Əsədovun vasitəsilə baş tutubmuş. Sabiq MTN şefinin yaxınları da məhz bunu bildikləri üçün Əli Əsədovu hər zaman “Ağsaqqal” bilir və onu MTN şefinin “Xaş Atası” kimi qiymətləndirirdilər.

eli-esedov-300x225

Əli Əsədovla Eldar Mahmudovun qrup yoldaşı olduqları və bir otaqda qaldıqları bildirilir. Onlarla bir yerdə təhsil alan çox adamlar var ki, hazırda müxtəlif vəzifələrdə çalışırlar. Məsələn, Milli Bulvar İdarəsinin sədri Əfqan Şahmarov (“Ulduz” zavodunun sabiq direktoru) da Əli Əsədov və Eldar Mahmudovla bir yerdə oxuyub və onun Milli Bulvar İdarəsinə təyinatı da məhz “Xaç Atası”nın sayeyi-mərhəmtindən olub.

Əli Əsədov bu səbəblə işlərini daha da genişləndirib. Milli Bulvar İdarəsi və Dövlət Bayraq Meydanı İdarəsi onun kurasiyasında olub. Ölkənin bir çox sahələri kimi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra, onun iqtisadi müəssisələri də Əli Əsədovun ixtiyarına keçib. Bir çox iş adamları Fərhad Əliyevin həbsi ilə topyekun Əli Əsədovun və onun adamlarının tabeçiliyinə verilib və fəaliyyətlərini onun yanında davam etdiriblər. Bunlardan biri də iş adamı Musa Süleymanovdur.

xural.com-a məlumat verən mənbəmiz bildirir ki, əslində, Əli Əsədovun vurulması hadisəsinə Dövlət Bayraq Meydanı Kompleksi İdarəsində baş verən hadisələrdən və onun direktoru Rəşad Məmmdovun həbsindən sonra start verilib. Necə deyərlər, Rəşad Məmmədovun erməni çıxması ilə Əli Əsədovun işi də “ermənicə”yə çevrilib.

musa-süleymanov

Ondan sonra isə Musa Süleymanovla Gürcüstanda davam edən “Kubik-Rubik Otel Kazino” kompleksində işlər dayandırılıb. Bu kompleks “ADO-G” şirkətlər qrupuna məxsus idi. Ancaq “ADO-G” şirkətlər qrupunun gizli sahibi də əslində Əli Əsədovdur və bunu bilməyən yoxdur. “Kubik-Rubik Otel Kazino”Kompleksinin dayandırılma səbəbləri də maraqlıdır. Kompleksin sahibi kimi görünən, əslində isə Əli Əsədovun inanılmış adamlarından biri olan Musa Süleymanov da Beynəlxalq Bankın kreditorlarının siyahısındadır. Onu hətta borclu olduğu külli miqdarda vəsaitə görə, həbs də ediblər. Sadəcə, bir ucu sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova qədər uzanan güclü himayədarları onu həbs olunmağa qoymayıblar və zaminə buraxdırmağa nail olublar. Musa Süleymanov da olub üzərinə ölkədən çıxma qadağası qoyulan 7.600 adamdam biri. “Kubik-Rubik Otel Kazino” Kompleksinin Gürcüstanda dayandırılma səbəblərindən biri də bu olub. Təbii ki, burada artıq Əli Əsədov ona kömək edə bilməyib.

Diqqətli oxucu xatırlayar. Seçkilərdən bir müddət əvvəl xural.com Musa Süleymanovun oğlu Rəşad Süleymanovun da deputatlığa namizədliyini irəli sürəcəyini yazmışdı. Burada qeyd etmək yerinə düşər ki, Əli Əsədovun oğlu Hidayət Əsədov, Musa Süleymanovun oğlu Rəşad Süleymanov və sabiq MTN şefinin oğlu Anar Mahmudovun həm də dost olduqları və onların üçünün də Milli Məclisdə təmsil olunmaq arzularının olduğu haqqında da məlumat xural.com-un arxivlərində vardı. Biz əvvəlcə Rəşad Süleymanovun istəyini ictimailəşdirmiş və bu haqda onun fb ünvanındakı mesaj qutusuna informasiya sorğusu göndərmişdik. Ancaq təəssüf ki, cavab ala bilmədik. Və təbii ki, Hidayət Əsədov və Anar Mahmudov haqqında informasiyalar onların valideynlərinin durumları qənaətbəxş olmadığından eləcə də arxivə göndərildi. Görünür, Əli Əsədovun vurulma prosesi Eldar Mahmudovun vurulma prosesindən daha əvvələ gedib çıxır.

xural.com-a verilən məlumatlarda deyilir ki, Əli Əsədovun obyektləri də axtarış aparılan obyektlərin sırasındadır. Hətta onun köməkçisinin bu yaxınlarda həbs olunduğu da gələn xəbərlər arasındadır. Yəni anlaşılan, Əli Əsədovun Kürdəxanı təcridxanası ilə tanışlığı artıq başlayıb.

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Niyə görə Əli Əsədovov bu günə qədər həbs edilməyib? O kimin və hansı ailənin himayəsi altında olaraq milyonlarla ölcülən büdcə və Neft şirkətinin ayırdıgı vəsaitləri mənimsi nəticəsində təkcə buzovna qəsəbəsində anası,bacısiŞərəbanu Bulvar direktoru Qohumu Əfqan vəsair şəxslərinadına 7 mülk almış və tikdirmiş və həmin mülklərin altında olan torpaq sahələrinin hər sotunu 40-50 min manat, vermişdir.Əli Əsədov ogurladıgı pullar hesabına bakının müxtəlif yerlərində 10 lyuks restaranamalik olmaqla eyni zamanda türkiyyədə Erməni ıssli şəriki Rəşad Məmmədov,onun qaynı Azər əsgərovla birgə 3 otel sahibinə cevrilmişdirş O şəriki musa suleymanovun adına Beynəlxalq bankdan 100milyon girovsuz kredit götürərək batumda məqaləd gpstərdiyiniz otel və kazino kompleksini bu gündə Azərbaycanda eldar mahmudov vasitəsi ilə cixı.ıa nail olmuş Musa Vasitəsi ilə davam etdirməkdədir. Korrupsioner Əli ƏIsədovunoglu Hidayətəsədov Son nömrələri 200 olan hər birinin dəyəri azı 150-200 min manat olan mersdes,qallavaqen,Mazerati və Bmv=lər hansı pullarla alınmasını ondan gülüşdə olsa niyə əməkdaşı odugu prokurorlugun Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəliyi soruşmur? Korrupsioner oglu necə olubki,korrupsiya idarəsinə işə gətürülüb? O hüquq elmindən bi xəbər olan bir şəxs necə işə qəbul ücün Tələbə qəbuli üzrə dövlət komisiyasında imtahan veribvə İşə qəbul olub? əli Əsıdov Buzovna qəsəbəsində gözlliyinə görə əvəzi olamayan İKi mərtəbəli Dənizə baxan Mədəniyyərt sarayına rekonstruksiya edib qarşisindakı 1,2hektar torpaq sahəsində parksalıb Heydər əliyevin Heykəlinin qoymalö oldugu halda, Mədəniyyət sarayını sökəırərək yerində 100 nəfərlik otel,yanında restoran kompleksi və qaşısısndaolan Zaqulba marketi sökərək yerində 5 mərtəbəli ticarət-kino mərkəzini kimlərə hansö ailəyə hədiyyə et mişdir. Əli Əsədov yenədə Buzovna qəsəbəsində Rasim İmanov kücəsində Alla koryaqina adlı qadının evini və Gözəllik salanunu,onların arxasıda olan nüftci Azərin və onun qonşusuna məxsus qarajları,onlardan Akif adli şəxsə məxsis 8 sot torpaq sahəsi və icərisində olan qeyri-yaçayış sahələri və qapılara bayıra acilan 3 ədəd qarajı,ondan sonra Sevda Qurbanovaya məxsus gözəllik salonunu,və hüft Şirkətinin balansında olan qazanxananın məhkəməqərarı olmadan kompensasiya ödəmədən özü ücün yalnız Azimportun iş icracisı fazil adlı şəxsin adına rəsmiləşdirdiyi 2 mərtəbəli ümumi sahəsi 3min kv metr olan yayıç evlərinin həyətində yerləşən ticarət mərkəzini tikmiş və icarəilə kiməsi verərək pul qazanar.vəsair

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button