Elman Türkoğlunun oğlu intihar etdi

137

18.06.2012 

Milli-azadlıq hərəkatının fəalı, bayraqdar Elman Türkoğlunun oğlu, 1996-cı il təvəllüdlü Məhəmmədin Elman oğlu Həsənli dünən gecə yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib.


Yasamal rayon Polis İdarəsindən bildirilib ki, iki ay əvvəl M. Həsənlinin bibisi oğlu intihar edib. Mərhum bir neçə dəfə atasına intihar edəcəyini deyib.

KXCP sədrinin müavini Xəzər Teyyublu Teleqraf.az-a bildirib ki,  M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.

KXCP üzvü Elman Türkoğlu  oğlu Məhəmmədəmin Həsənlinin intiharı barədə danışarkən deyib ki, hadisə 20 dəqiqənin içində baş verib. Onun sözlərinə görə,  oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat  istəyib: “İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı”.
E. Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.

Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Ailəsi mərhumu dəfn etmək üçün Masallı rayonuna yola düşüb.

İntiharın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılıb.

Qeyd edək ki, Elman Türkoğlunun intihar edən oğlunun adı Məhəmməd Əmin Rəsulzadənin, ikinci oğlu Elçibəyin adı isə Əbülfəz Əliyevin – Elçibəyin şərəfinə qoyulmuş adlardır.

XuralTAC kollektivi Azadlıq hərəkatının önəmli simalarından olan Elman Türkoğluya bu ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir və Allahdan ona səbir diləyir. Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button