Elmar Vəliyev üçün Türkiyədən professor gətirildi – FOTOFAKT

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi əməliyyat etmək üçün Türkiyənin Bahçeşehir Universitetinin tibb fakultəsinin dekanı professor Türker Kılıç Gəncəyə gətirilib.

24saat.org xəbər verir ki, bu barədə Bahçeşehir Universitetinin tibb fakultəsinin rəsmi sosial media hesabında məlumat verilib.

Məlumatda qeyd edilir ki, professor Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən şəxsi təyyarə ilə Gəncəyə dəvət edilib.
Xatırladaq ki, hadisə iyulun 3-də, saat 20.30 radələrində baş verib. Rəsmi məumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxs tərəfindən odlu silahdan atəş açılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Elmar Vəliyevin atəş nətucəsində ağır yaralandığı, hətta xəstəxanada dünyasını dəyişməsi barədə xəbərlər isə təsdiqini tapmayıb və məlumat rəsmi qaydada təkzib edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button