Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü

Bakının Binəqədi rayonunda fəaliyyət göstərən 299 saylı liseydə təhsil almış Məryəm Mirili xaricdə fəaliyyət göstərən 9 ali məktəbə eyni anda daxil olub. Bu barədə Məryəmin atası, tanınmış ilahiyyatçı Elşad Miri məlumat verib.

O bildirib ki, Məryəm 2019-cu ilin oktyab ayında SAT with Essay imtahanından 1350 bal, həmin ilin noyabr ayinda keçirilən TOEFL IBT imtahanından 120 baldan 109 bal toplayıb, və 2019-cu ilin dekabrın 7-i SAT Subject Math Level 2 imtahanından 800 baldan 720 bal toplayaraq, xaricdə 9 universitetə qəbul olmuş və universitetlərin bir çoxundan prezident təqaüdü qazanıb. Məryəm qəbul olduğu universitetlər içərisindən Warren Wilson Collage (WWC) Universitetinin “Biokimya” fakültəsində təhsilini davam etdirəcək”.

Elşad Miri bildirib ki, Məryəmin göstəriciləri çox yüksək olduğuna görə, o universitetdə riyaziyyat üzrə III kursun, kimya üzrə isə II kursun dərslərini alacaq.

Məryəmin arzusu kosmonavt olmaqdır. O Biokimya fakultəsini də məhz NASA üçün seçib.Bu məqsədlə Elşad Miri özü NASA-da olub və ordan ətraflı məlumat alıb. Elşad Miri bildirib ki, xaricdə təhsil baha olduğuna görə onlar universitetlərdən birini seçməli olublar.

Warren Wilson Collage (WWC) universitetində illik təhsil haqqı 53 min dollar təşkil edir. Universitetdə cəmi 2 tələbə bu təqaüdə layiq görülüb ki, onun da biri Məryəmdir.Qeyd edək ki, Məryəmin istedadı bir tərəfli deyil, o həm rəssamlıq, həm də heykəltəraşlıq təhsili alıb, ötən yay hər il dünyada cəmi 30 nəfərin məzun olduğu İnternational Writing proqramından da məzun olub.

Məryəmə uğurlar və vətənin adını uca tutmağı arzu edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button