Ermənistan yenidən azərbaycanlı uşaqları güllələyir

Oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixində saat 12:00-da elan edilmiş humanitar barışığı, habelə 1949-cu ilin Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobudcasına pozaraq, böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncə raket atəşinə tutublar.

Virtualaz.org bildirir ki, atəş nəticəsində raketlərdən biri Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış evinə düşüb. Yeddi nəfər həlak olub, 33 nəfər dinc sakin ağır yaralanıb. Qocalar, uşaqlar, qadınlar zərər çəkiblər. Azərbaycanlıların əksəriyyəti üçün Gəncənin gecə faciəsi 1992-ci il Xocalı faciəsi ilə paralellik yaradır.

1992-ci ilin fevralında erməni cəlladları Dağlıq Qarabağdakı Azərbaycan qəsəbəsində – Xocalıda dinc mülki əhaliyə soyuqqanlılıqla divan tutdular. Erməni barbarları Xocalıda uşaqları, qadınları və qocaları qırdılar. Erməni hərbi birləşmələrinin xain qanlı hərəkəti döyüş əməliyyatlarının bərpa olunmasını tələb edən bütün Azərbaycan ictimaiyyətinin ədalətli qınağına səbəb oldu.

Mülki infrastruktur obyektləri ciddi şəkildə zədələnib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Ermənistanın cəzasız qalması onu yeni hərbi cinayətlərə sövq edir. Ermənistan Azərbaycanda mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button