Erməni deputat: “Azərbaycanın Qarabağda etdiklərinin yarısını 30 ildə niyə etməmisiniz?”

“Azərbaycanın Qarabağda etdiklərinin yarısını 30 ildə niyə etməmisiniz?”

“Hraparak” xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının üzvü, deputat Lilit Stepanyan bildirib.

Partiyanın üzvü Akop Aslanyan isə ölkədə baş verənlərlə bağlı deyib ki, varlılar üsyan etmək istəyir: “Məsələ ondadır ki, siz hakimiyyətə gəlməyəcəksiniz. Çünki bu hakimiyyət Nikol Paşinyanın deyil, xalqındır. O, bu hakimiyyəti xalq üçün istifadə edənlərə verib”.

O əlavə edib ki, tarix bunu təsdiqləyəcək: “Vaxt gələcək və hər şey aydınlaşacaq. Bu, ən yaxşısı olacaq”.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaları, Qarabağın Azərbaycanın tərkib hissəsi olması kimi etirafları hakim partiyanın üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənib. Partiya üzvü Ayk Koncoryan bildirib ki, “Qarabağı Azərbaycana Nikol Paşinyan deyil”, ondan əvvəlkilər “təhvil verib”.

Xatırladaq ki, mayın 23-də Nikol Paşinyanın sədrliyi ilə Mülki Müqavilə Partiyası İdarə Heyətinin toplantısı olub. İclasda xarici siyasətə dair məsələ də müzakirə olunub.

Qeyd edək ki, Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kv. km daxilində ) tanıdığını, Qarabağın isə Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button