Etatist.com-un baş redaktoru və əməkdaşlarına bıçaqlı hücum olub
10-12 nəfərə yaxın özlərini anarxist adlandıran gənc “Dosluq” kinoteatrının yaxınlığında Etatist.com-un baş redaktoru Şəhriyar Məcidzadə və əməkdaşlarına bıçaqla hücum ediblər.
xural.com-un əldə etdiyi məlumata görə, nəticədə saytın əməkdaşı Aqşin Vəliyev qolundan xəsarət alıb.
Yaralı hal-hazırda xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə yaralının vəziyyəti normaldır.
Hücum edənlərdən birinin anarxist qruplarda Əliş adı ilə tanınan şəxs olduğu deyilir.