Əvəz Zeynallı Ombudsman Aparatının nümayəndələrilə görüşüb

Sentyabrın 26-da Ombudsman Aparatının nümayəndələri hazırda saxta ittihamlarla həbsdə saxlanılan Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşüblər.

Görüş zamanı Əvəz Zeynallı aparat nümayəndələrinə səhhətindəki, o cümlədən gözlərindəki  problemlərlə bağlı məlumat verib. Müayinə və müalicəsinin fərdi qaydada aparılmasının vacibliyini və zəruriliyini qeyd edib. Əvəz Zeynallı həmçinin həbs olunduğu zaman Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları tərəfindən götürülən və məhkəmə prosesinin başlamasına baxmayaraq, ailəsinə məxsus maddi vəsaitin və texniki avadanlıqlarının heç bir əsas olmadan bu günədək saxladıqlarını və onların geri qaytarılmasında problemlər yaratdıqlarını diqqətə çatdırıb.

Ombudsman Aparatının nümayəndələri Əvəz Zeynallını diqqətlə dinləyərək, səlahiyyətləri çərçivəsində məsələlərin həllinə çalışacaqlarını bildiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button