Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub. “Report” xəbər verir ki, bu, İlkin Süleymanovdur. O, Xocəsəndə saxlanılıb.
11:35

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təşkilatçısı və iştirakçıları məlum olub.

“Report” xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu, Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurduğu, sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər etdiyi, İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin etdiyi iddia olunur.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub.  2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğu və döyüş hazırlığı keçdiyi, Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra etdiyi iddia olunur.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

Hər iki şəxsin Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərdiyi iddia edilir.

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button