Federika Mogerini: ”Bütün siyasi məhbuslar azad edilməlidir”

Federika Mogerini

Federika Mogerini

O, ümid edir ki, Azərbaycan BMT, AŞ və ATƏT üzvü kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq  tədbirlər görəcək

Aİ xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb.

O, digər fəalların da azad edilməsinə çağırıb.

“İki il həbsdə olan hüquq müdafiəçisi tanınmış vəkil İntiqam Əliyevin sınaq müddətinə azadlığa buraxılması bu ay Novruz bayramı ərəfəsində siyasi partiyala və ictimai təşkilatların  nümayəndələrinin, jurnalistlərin barəsində qəbul edilən əfv fərmanından sonra Azərbaycanda baş vermiş müsbət hadisədir”, – F.Mogerininin mətbuat xidmətinin martın  28-də yaydığı bəyanatda deyilir.

Aİ ümid edir ki, bu çoxdan gözlənilən addımın ardınca Azərbaycanın BMT, AŞ və ATƏT üzvü kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq  digər siyasi məhbusların tam azadlığa buraxılması və reabilitasiyası üzrə tədbirlər görüləcək.

Müstəqil vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyinə böyük töhfə verir, bəyanatda vurğulanır.

Tutan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button