Fiat Chrysler 1 milyondan çox avtomobilini geri çağırır

14613743161032262394_1000x669

Fiat Chrysler şirkəti 1 milyondan çox avtomobili geri çağırır.

Şirkətin yaydığı məlumata görə, dünya üzrə geri çağırılan avtomobillərin ötürücü sürət qutusunda qüsur var. Belə ki, bu problem səbəbindən “park” rejimində olan avtomobil hərəkəti davam etdirə bilər. Artıq bu səbəbdən baş verən hadisələrdə 41 nəfərin xəsarət aldığı bildirilir.

Aksiya İtaliya və ABŞ-ın müştərək şirkətinin 2012-2014-cü illərdə buraxdığı Dodge Charger və Chrysler 300, həmçinin 2014-2015-ci illərin Grand Cherokee maşınlarına aiddir. Avtomobillərin 811 mini ABŞ, 52 mini Kanada, 17 mini Meksika, 250 mini isə Şimali Amerikadan kənar bazarlardan geri çağırılır(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button