Folklor İnstitutunda qiyam!

Qiyamın arxasında Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdirəsi Fatma Abdullazadə dayanır… Qəzetimiz çapa gedən ərəfədə XuralTAC-a önəmli mənbələrdən informasiya daxil oldu. İnformasiyada AMEA Folklor İnstitutunda direktor Hüseyn İsmayılova qarşı planlı qiyam başladığı və bəzi əməkdaşların təxribat törətdikləri deyilir. Prezident Administrasiyasından qaynaqlanan və arxasında humanitar məsələlər şöbəsinin müdirəsi Fatma Abdullazadənin dayandığı təxribatçıların əsas məqsədləri Hüseyn İsmayılovun vəzifəsindən uzaqlaşdırılmasıdır. Əsasən, Azərbaycan türkçülüyünün və milliyyətçiliyin məbədi sayılan və böyük işlər görən İnstitut rəhbərliyinin vurulması, son günlər qabaran Qərbi Azərbaycanlılar əleyhinə dalğanın tərkib hissəsi kimi qiymətləndirilir. İnformasiyalı mənbələr Fatma Abdullazadənin illərdir bu planı gerçəkləşdirmək istiqamətində iş apardığını deyir.

Məlumat redaksiyamıza gec çatdığı üçün İnstitutdan münasibət öyrənə bilmədik. Gələn saylarımızda daha geniş yazılarla məsələyə aydınlıq gətirməyə çalışacağıq.

 

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button