Gənc aktrisa kömək istəyir: “Anam ağır xəstədir”

Müğənni-aktrisa Pərvanə ağır xəstəlikdən əziyyət çəkən anası üçün kömək istəyir.

Musavat.com xəbər verir ki, o, qaraciyəri sıradan çıxan anası üçün pul toplayır: “Anam ağır xəstəlikdən – qaraciyər çatışmazlığından əziyyət çəkir. Sağalması üçün çox pul lazımdır. Bu haqda yazanda utandım. Amma nə etmək olar? Anamdır. Sağalmasını istəyirəm. Bunun üçün hesab açmışam. İmkanı olan şəxslər maddi kömək etsin. 1 manat da mənim üçün dəyərlidir”.

Hesab nömrəsi: 380194400659231001

Nömrə:AZE15668130

Bank Respublika”

Qeyd edək ki, Pərvanə 2012-ci ildə “Sevən ürəklər” qrupu ilə ifa etdiyi “Geri dön” mahnısından sonra məşhurlaşmışdı. O, səsinin və hərəkətlərinin Röyaya bənzədilməsi ilə diqqəti çəkmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button