Gəncə-Bakı yolunda dəhşətli qəza!..

Onlarla adam yaralanıb, ətraf alışıb yanır, yaralananlar var…

XuralTAC-a daxil olan məlumatlara görə, Gəncə-Bakı magistral yolunun Kürdəmir-Hacıqabul istiqamətində dəhşətli qəza olub. Qəzaya səbəb təbii qaz daşıyan iri yük avtomobili olub. Kürdəmirdən Hacıqabula doğru istiqamət götürən şosse yolunda Padar adlanan yerdə baş verən qəza dəhşətli nəticələr doğurub. Təsadüfən hadisə yerində olan XuralTAC əməkdaşının redaksiyaya verdiyi məlumata görə, hadisənin baş verdiyi yerdən təxminən 200 metr həndəvərində hər yer alışıb-yanır: “Burada hazırda böyük tıxac yaranıb. Ətraf od tutub yanır. Onlarla təcili yardım maşınları xəstələri daşıyır. Heç kimi yaxına buraxmırlar, çoxlu ölü olduğu söylənilir.”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button