Gənclər və idman nazirinin müavininin rəqsi səs-küy doğurdu — VİDEO

Azərbaycanda yeni nazir müavini rəqsi ilə gündəm oldu 

Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Gənclər və idman nazirinin müavini, milliyyətcə bolqarıstanlı (?!) olan Marina Vasilevanın sosial şəbəkələrdə yayılan rəqsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Nazir müavininin əyləncə mərkəzlərindən birində rəhbər vəzifəyə uyğun olmayan hərəkətləri bir sıra suallar yaradıb. Azərbaycanın çox önəmli nazirliklərindən biri sayılan Gənclər və İdman Nazirliyində rəhbər vəzifələrdən birini tutan Marina Vasilevanın arxasında kim durur və o Azərbaycan gənclərinin gələcəyi üçün hansı xidmətləri görə bilər ki, bunu azərbaycanlı edə bilmir?

Ümumiyyətlə, Azərbaycan nazirliklərində başqa dövlətin vətəndaşlarının rəhbər vəzifələrə təyinatı hansı strateji siyasətlə həyata keçirilir?

Bu kimi suallara bu dəfə Gənclər və İdman Nazirliyinin yeni rəhbəri  cavab verməli olacaq. Fərid Qayıbov cavab verməli olacaq.

Qeyd edək ki, bu il sentyabrın 7-də Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər F. Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi vəzifəsini icra edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button