Generalın adının hallandığı ölüm hadisəsi-ŞOK FAKTLAR

Artıq bir müddətdir ki, Hüseynov Bəybala Qaraş oğlunun 1988-ci il təvəllüdlü övladı Emin Hüseynovun müəmmalı ölümü və baş verən faciə ilə bağlı lazımi araşdırmaların aparılmaması yöndə məlumatlar, bir çox media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. 

Düzdür, ilk dəfə bu yöndə məlumatlar tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev tərəfindən geniş ictimaiyyətin diqqətinə çatdırılmışdı. Yəni, ötən açıqlamalarda da bildirilmişdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev-18, mənzil-11 ünvanda yaşayan iş adamı Hüseynov Bəybala Qaraş oğlu, 1988-ci il təvəllüdlü övladı Emin Hüseynovu 200 000 dollar pulun müqabilində, ilk əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə işə düzəltdirir, (ilkin olaraq kargüzar, məsləhətçi, 1(bir) il sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə təyin olunacağına söz verilmiş) 18 avqust 2017-ci il tarixdə isə, Emin Hüseynov növbəti məzuniyyəti dövründə Türkiyə Respublikasının Antalya şəhərində istirahət edərkən zəhərləndirilərək öldürülür. Düzdür, bu günə kimi baş verən müəmmalı ölüm faktı ilə bağlı Bəybala Hüseynovun ünvanladığı müraciətlər əsasında ictimaiyyət müəyyən qədər məlumatlandırılıb.

Adı çəkilən şəxs ünvanladığı başqa bir müraciətində isə qeyd edir ki, “Dəfn mərasiminin üçüncü günü idi. Məhəmməd Musayev məni vaxtilə onunla tələbə yoldaşı olmuş, hal-hazırda isə Ağdaş MRX-nın baş həkimi vəzifəsini daşıyan Nuru həkimin yanında əyləşməyə məcbur etdi. Az sonra hiss etdim ki, bu əvvəlcədən hazırlanmış bir plandır.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

“Nuru həkimin yanında əyləşməyə məcbur edilməyim də ortaya çoxsaylı suallar çıxarır”

Yəni, Nuru həkim yarım saatdan sonra mənə “sən bu işin başını burax, oğlun öz əcəli ilə ölüb, normal ölüm belə olur” dedi. O halda öz-özümə fikirləşdim ki, bu şəxsin heç nədən xəbəri olmadığı halda, görəsən onu belə bir formada danışmağa kim vadar edir. Onu da bildirim ki, Məhəmməd Musayevin qardaşı Nemət Musayev də, bu şəxslə birlikdə bütün şübhələri gizlətməyə çalışdı və bu gün də bu yöndə addımlarını atmaqdadırlar. Oğluma məxsus mobil telefonun dənizə atılmasına, ikinci telefonundakı yaddaşın silinməsinə münasibət bildirərkən o, “Mən məsələni ciddi şəkildə araşdırdım, bu normal haldır.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

Burada şübhəli heç nə yoxdur, oğlun yeməkdən də zəhərlənə bilər” dedi. Bu gün Masallı rayon Məhkəməsinin hakimi bilməlidir ki, dünyasını dəyişən şəxsə məxsus telefonun oğurlanaraq dənizə atılması, ikinci telefonun yaddaşındakı qeydlərin silinməsi, əslində baş verən cinayət hadisəsi ilə bağlı lazım olan dəlil və sübutları gizlətməyin özü də bir cinayət əməlidir. Nemət Musayev haqqında şübhələr olduqca çoxdur və onların hamısını istintaq zamanı açıqlayacağam. O, bir hakim olaraq bunları gözəl bilir, amma belə bir işlərə münasibəti olduqca şübhəlidir. Oğlumun dostu Nicat Rzayev onun şəxsi əşyalarını gətirmək üçün iş yerinə gedir. Onun danışdığına görə, Eminin əşyalarını Şərafət adlı şöbə müdirinin katibəsi öz kabinetinə aparıbmış.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

O, Nicatı gördükdə şöbədə olan başqa bir qadın işçi ilə birlikdə ağlamağa başlayır və “Allah bunlara lənət eləsin, heyf Emin Hüseynovdan! İdarəyə Emin kimi oğul gəlməmişdi, yəqin ki, bundan sonra da gəlməyəcək” deyir. Nicatın sözlərinə görə “bilmədim ki, həmin qadınlar idarəni Eminin ölümündə günahlandırırdılar, yoxsa, o, məzuniyyətdə olarkən kabinetini boşaltdıqlarına görə, məyus olmuşdular. Eminin əşyalarını onların özləri idarədən çıxartdılar”.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

“Ekspertizalar oğlumun zəhərləndirilməklə öldürüldüyünü təsdiq edir” 

Mən bu yöndə də müəyyən araşdırmalar aparmağa başlamışdım. Hər kəsi müşahidə edirdim və şübhələrimi də gizlətməyə çalışırdım. Türkiyə xəstəxanalarından oğlumun zəhərlənməsinə dair qan təhlillərini əldə etdikdən sonra, Məhkəmə-Tibbi Ekspertizalarına müraciət etdim və Eminin zəhərləndirilməklə öldürülməsinə dair rəylər də aldım. Bundan sonra müəyyən məsələlərə aydınlıq gətirmək məqsədilə Əli Nağıyevə zəng edib onun yanına getdim. Məni çox yüksək səviyyədə qarşıladı və ona oğlumun ölümü ilə bağlı gəldiyimi bildirdim. Çox keçmədi ki, o, Kamran Əliyevə zəng etdi və “Bəybala Hüseynov buradadır, yanına gəlirik” dedi. Hər ikimiz Kamran Əliyevin kabinetinə getdik və o, bizi öz kabinetində çox narahat və həyəcanlı şəkildə qarşılayıb otaqda vargəl də etməyə başladı. Hər üçümüz stolun ayaq hissəsində oturub söhbətə başladıq. O halda mən Kamran Əliyevə- oğlumu zəhərləyərək öldürüblər, bilmədiyim sözü heç vaxt danışmaram dedim. O, isə cavabında çox titrək bir səslə “yəqin ki, bizdən şübhələnməzsən, eləmi” -dedi. Cavabımda, deyə bilmərəm, bildiyim odur ki, oğlum Bakıdan olunmuş zənglə və planlı şəkildə öldürülüb.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

“Üçümüzün etdiyimiz söhbət zamanı oğlumun sifarişlə öldürüldüyünü açıqladım”

Ümumi söhbətimiz zamanı özümü elə göstərirdim ki, guya mən onlardan kömək istəyirəm, amma hər kəsi müşahidə edirdim. Az sonra Əli Nağıyev “gedək mənim kabinetimə, sənə köməklik edərik” dedi və biz onun kabinetinə getdik. O halda o, mənə “Bəybala, oğlun xəstə idi, öldü”-dedi. Cavabımda bildirdim ki, oğlum ölən dəqiqəyə qədər onun sağlamlığı haqda xəstəxananın verdiyi arayışlar var, həmin arayışlar da məndədir. Həkimlərin bildirdiyinə görə o, tam sağlam olub, ani müddət ərzində dünyasını dəyişməsinə, məhz ona kənardan verilən zəhərli maddənin təsiri olur. Elə ki, biz onun iş otağına daxil olduq, o halda Əli Nağıyev üç nəfər işçisini- Şərafət, Bəyəli və Emin adlı şəxsləri otağına cağırdı.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

“Əli Nağıyevin işçisi məlumatlı olsa da, nədənsə o, susmağa üstünlük verdi”

Hansı ki, oğlum ilk dəfə onu izləyənlər haqda məlumatları Şərafətə bildirmişdi və heç bir yerdə qeydiyyatda olmayan dövlət nişanlı avtomobillərin nömrəsini, həmçinin onu izləyənlərin şəkillərini ona vermişdi. Bu haqda o, tam məlumatlı idi. Buna baxmayaraq həmin vaxtlarda Şərafət oğlumu sakitləşdirir və ona “sən işinlə məşğul ol, biz həll edərik” deyir. Həmin gün Şərafət Əli Nağıyevin otağında “Bəybalaya kömək lazımdır”-dedikdə, Əli Nağıyev bildirdi ki, “bunun üçün öncə ottopsi götürmək lazımdır” cavabını verdi. Mən isə cavab verdim ki, ottopsi yoxdur, biopsi var. O zaman Şərafət bildirdi ki, “Bəybala ərizə yazsın, biz də şübhəli adamların ifadəsini alaq” dedikdə, Əli Nağıyev ərizə yazılmasını, qeydə alınmasını istəmədi və “biz qeyri-rəsmi köməklik edərik”-dedi. Oğlumun təhdid olunması ilə bağlı məlumatlı olan Şərafət heçnə danışmadı, hansı ki, bir ay əvvəl belə bir hal baş vermişdi. Yəni, o, görüşümüz zamanı bununla bağlı dilinə bir söz gətirib danışmadı. Belə bir halın varlığı, onun da bu işdə şübhəli olması anlamına əsas verir. Onlar özlərini elə aparırdılar ki, guya oğlumun mobil telefonu itib. Az sonra onlar məni otaqdan çıxartdılar və içəridə nə danışdılarsa, çox keçmədi ki, Bəyəli məni öz otağına dəvət etdi. O, oğlumun ölüm anındakı videoyazını izlədi və mənə “nə olsun ki, oğlunun telefonunu dənizə atıblar. Nə olsun ki, gəlin telefonda olan bütün məlumatları silib, indi ölümü onun ayağınamı yazaq” dedikdə sual etdim. Sən kimsən ki, kiminsə adına ölüm işi yazasan? Sən yalnız həmin şəxslərdən soruşa bilərsən ki, telefonu dənizə atmağa və telefondakı məlumatları silməyə onları kim vadar edir. Bu işi açmaq üçün istintaq qrupu lazımdır. O, nədənsə kabinetində qəsdən vaxtımı almağa çalışdı və mən nəsə getmək istədikdə, dəfələrlə videoyazını izlədi, arabir ona zəng edirdilər, o da, “oldu, oldu” deyə cavab verirdi.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

Müəmmalı ölüm hadisəsi ilə bağlı əsl həqiqətlər, aparılan istintaq zamanı aşkara çıxarıla bilər

Sonda vaxt qazanmaq üçün kompyuterdə işin bütün sirrlərini açıb kimləri necə izlədiklərini mənə göstərdi. Az sonra kimsə ona zəng etdi və həmin zəngdən sonra o, mənə “gedə bilərsən” dedi. Mən tez oradan çıxmağa tələssəm də, hansısa səbəbə görə içimdə bir şübhə baş qaldırmışdı. Oradan çıxarkən iki gəncin şübhəli şəkildə arxamca gəldiklərini gördüm. O halda tez maşınıma oturub geri döndüm və bir daha onları görmədim. Bəyəlinin hansı səbəbə görə, məni gecikdirməsinin səbəbini başa düşdüm və ondan sonra özümü qorumağa başladım. Bəzi məlumatları əldə etmək üçün, hətta “oğluma səni izləyirlər” -deyən dayanacaq gözətçi ilə görüşməyə getdim və ondan hadisənin necə olduğunu da soruşdum.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

Gözətçinin dayanacaqdan uzaqlaşdırılması da, bir çox şübhələrin baş qaldırmasına əsas verir

Cavabında o, mənə “oğluna hər şeyi demişəm” cavabını verdi. Elə ki, bir daha o, “sən oğlundan soruş” dedikdə, ona oğlumu zəhərləyib öldürdülər deyə cavab verdim. Həmin anlarda Eminin iş yoldaşı olan Bəyəli mənim onunla danışdığımı gördü və bizi heç görməmiş kimi yanımızdan ötüb keçdi. Az sonra o, dayanacaqdan maşınını götürüb getdi. Bir həftə sonra təkrar gözətçini görmək məqsədilə dayanacağa getdim, artıq o, orada yox idi. Çünki, onu işindən uzaqlaşdırmışdılar. Mən çox çətinliklə olsa da gözətçinin telefonunu tapdım və hansı səbəbə görə işdən getməsini ondan soruşdum. Cavabında o, “mən də bilmirəm, icarəni bir gündə ikiqat qaldırdılar, ona görə də məcbur olub getdim” dedi. Mən onun telefon nömrəsini götürdüm ki, lazım olarsa istintaqa verim, çünki hər şey ilkin olaraq oradan başlamışdır. Ardı olacaq, bizi izləyin.

P.S. Onu da bildirək ki, bu məsələ ilə bağlı Bəybala Hüseynov Baş Prokurorluğa çağırılıb və o, 3 aprel 2019-cu il tarixdə saat 11:00-da Baş Prokurorun 1-ci müavini cənab Rüstəm Usubovun qəbulunda olub. Yəni, müəmmalı ölüm faciəsi adı çəkilən vəzifə sahibinin də diqqətinə çatdırılsa belə, ötən müddət ərzindən bugünə kimi heç bir araşdırma işləri aparılmayıb. Belə bir susqunluq halı yaşandıqca, hər kəsdə müəyyən şübhələr də baş qaldırır. Yəni, belə bir ehtimal hissi formalaşır ki, ölüm faktı ilə bağlı sifariş yüksək çinli vəzifə sahibləri tərəfindən verildiyindən, baş vermiş faciəli olayla bağlı araşdırma işinə başlanılmır. Bəybala Hüseynov şübhəli qaldığı üçün, o, fikirlərini redaksiyamıza bu yöndə çatdırdı.

“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)
“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)
“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)
“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)
“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)
“Müəmmalı ölüm hadisəsi ilə bağlı gözətçinin dayanacaqdan uzaqlaşdırılması şübhələrə əsas verir”(FOTO/VIDEO)

GundemXeber.Az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button