Gücümüz elə pensiyaçılara çatdı da…

Deputat Tahir Kərimlinin Milli Məclisin müxtəlif vaxtlarda keçirdiyi iclaslarındakı çıxışı:

“Yazmısınız ki, 55 milyard 353 milyon bizim xalis maliyyə aktivimiz var. Bu aktiv nıəyə xərclənir? Yaxşı, bilirik də Neft Fondundan transfer olur və s. Keçən dəfə də təklif elədik. Niyə bəzi dövlətlərdə- Avropa, Asiyada və s. Xalqa birdəfəlik kömək olunur, yardımlar olunur… Necə ola bilir kiŞ infilyasiyadan danışa bilirsiniz. Ay balam, infilyasiya parta-part arta-arta gedir. İndi biz görürük ki, internetin də qiyməti qalxıb, telefon danışıqlarının da qiyməti qalxıb… Nə yaxşı bütün bunlar qalxa-qalxa gedir, əmək haqqı, pensiya, müavinətə çatanda buna pul tapılmır…

2009-cu ilə nisbətən pensiyaçıların sayı 160 min nəfər azalıb. 2017-ci ilə nisbətən 1 milyard 322 milyondan 1 milyard 114 milyona düşüb. 208 milyon manat biz qənaət eləmişik. Çox əcəb. Gücümüz elə pensiyaçılara çatdı da… Qənaət elədik. Bu qədər də deyirik ki, bizim gəlirlərimniz var.”

“10 faiz varlı təbəqə var, 10-25 faiz də orta təbəqə var. Halbuki normal ölkələrdə orta təbəqə 60 faizdən çox olur. Qalanları kasıblardır. Əhali çox çətinlik çəkir. Biz əhalinin bu təbəqəsi üçün heç olmasa apteklər açaq, onlar oradan ucuz qiymətə dərman alsınlar. Dözlət öz üzərinə götürsün. Heç ömründə görmüsünüz ki, heç biz də eşitmədik ki, Tarif Şurası bir dəfə də olsun qiymətləri aşağı salsın, daim qaldırır, qaldırır… Xalqın güzəranını nəzərə alıb, qaldırır? Mən bunu başa düşə bilmirəm ki, nə üçün belə edir.

Bunlar da dolanmalıdırlar axı. Biz nə vaxta kimi insanlarımıza qara camaat kimi yanaşacağıq? Açıq deyirəm, heç kim inciməsin. Xəqani öz dövründə deyərdi ki, qoy mənə deməsinlər Xaqani, mən qoxsullar şahı Xəlq aniyəm, Xəlq ani… Mən burda qara camaatın nümayəndəsiyəm. Nə vaxta kimi qara camaat olacaq. Mən istəyirəm ki, xalqım millət olsun. Elə bilirik, onlara nə edirik, onlar dözəcəklər. Aı biz bilirik, deyirik ki, hər şey yaxşıdır, yaxşı deyil axı. Deyirlər maşınlar çoxdur, amısı vaxtı keçmiş, köhnə inomarkadırlar da… Xəstəxanalra gedirsən, hamısı doludur, bizə də deyirlər ki, restoranlar doludur. 1 milyonu yaşayır, 9 milyonu da yaşamalıdır axı. Bunlar da dolanmalıdır axı…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button