Gürcüstanda saxlanılan 4 azərbaycanlı azadlıqda

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində mayın 9-da axşam saatlarında patrul polisi ilə insident zamanı saxlanılan 4 azərbaycanlı ötən gün sərbəst buraxılıb.
Xural.com Report-a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Qabal kəndinə gedib və məsələ ilə ətraflı tanış olub.
Səfirlikdən bildirilib ki, sözügedən məsələ artıq həll olunub və saxlanılan soydaşlarımız heç bir cərimə tətbiq olunmadan azadlığa buraxılıblar.
Diplomatik nümayəndəlikdən Gürcüstanda yaşayan azərbaycanlıları narahat edən məsələlərin daima diqqət mərkəzində saxlandığı qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button