Həbsdə olan jurnalistin növbəti məhkəmə prosesi keçirilib

Həbsdə olan jurnalist, 7 gün.az saytının redaktoru Cavid Şirəliyevin Gəncə Apellyasiya məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin keçirilməsinə səbəb jurnalistin və onun vəkilinin verdiyi kassasiya şikayətinin Ali Məhkəmə tərəfindən qismən təmin edilərək işin yenidən apellyasiya insatnsiyasına qaytarılması olub.

Ali Məhkəmənin qərarına uyğun olaraq proses məhkəmə istintaq ilə keçirilir. Məhkəmədə ifadə verən əsas “zərərçəkən” Şəfiqə Xankişiyeva baş verənləri xatırlamadığını bildirərək sualları “bilmirəm” deyə cəzalandırıb. Şahid Asif Orucov isə Cavid Şirəliyevə qarşı ifadənin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə altında verdiyini və etirafedici ifadənin zorla imzaladığını bildirərək ifadəsindən imtina etdiyini məhkəmənin diqqətinə çatdırıb. Digər şahidlər isə zidiyyətli ifadələr veriblər.

Məhkəmə 09 fevral 2018- ci ilə təyin edilib. Həmin gün məhkəmə prosesinin davam edəcəyi və həbsdə olan jurnalistin ifadə verəcəyi gözlənilir.

Cavid Şirəliyev 2014- cü ilin avqust ayında həbs olunub və 5 il müddətə azadlıqdan məhrum edilib. Heç bir məhkəmə prosesində onun təqsiri sübuta yetirilməyib. Əksinə, 3, 5 ildən sonra Ali Məhkəmə təsdiq edib ki, ona qarşı tərtib olunan ittiham aktı qüsurludur və jurnalistlə bağlı ədalətli məhkəmə araşdırması aparılmayıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button