Hacıbala Abutalıbov: “64 bina 10 gün ərzində söküləcək“

poliDünən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baş çəkiblər.  APA-nın məlumatına görə, H.Abutalıbov bildirib ki, paytaxtda poliuretan üzlüklə üzlənmiş 140 bina var. H.Abutalıbovun sözlərinə görə, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcəyini deyən H.Abutalıbov qeyd edib ki, 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq: “Bu materialın yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə 6 manat məbləğində olan kimyəvi məhlulun vurulmamasıdır”.  H.Abutalıbov həmçinin sakinlərə Nazirlər Kabinetinin qərarını oxuyub. O bildirib ki, həmin binada kirayədə yaşayanlara kompensasiya verilməyəcək: “Dəymiş ziyanla bağlı bu binada kirayədə yaşayanlar Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”. H.Abutalıbov üzlük materiallarına nəzarət edən mühəndislərin də saxlandığını bildirib: “Saxlanılanların məsələsinə istintaqın gedişi zamanı aydınlıq gətiriləcək”.

Dünən artıq yanmış binanın ətrafında olan binaların fasadına vurulan poliuretan üzlüklərin söküntüsünə başlandı. Söküntüyə 16 mərətəbli yaşayış binalarından start verilib.
İş icraçılar bildirdilər ki, söküntüdən öncə binanın fasadlarının işıqlandırma sistemi elektik xəttindən ayrılıb. Söküntü işinin 10 gün ərzində bitəcəyi gözlənilir. Poliuretanın betopan adlanan materialla əvəzlənəcəyi gözlənilir. Onun poliuretandan fərqli olaraq yanmağa meylli olmadığı bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button