Hacıqabulda xəsarət alanların adları açıqlanıb
Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportage” markalı, 90-LP-010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb.
Apa.az-ın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Xəsarət alan şəxslərin adları açıqlanıb.
Qəza nəticəsində Bakı şəhər sakinləri – 1986 Yusifova Ayxan Xəyal qızı, bacısı 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu, onların qohumlar – 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.