“HAQQINA SAHİB ÇIX!” kampaniyası çərçivəsində jurnalistlər üçün təlim olacaq-31 may-02 iyun!

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar mövzusunda Kampaniyanın İşçi Qrupu tərəfindən 31 may – 02 iyun 2019 tarixlərində keçiriləcək 3 günlük təlim kursuna dəvət!

Kampaniyanın əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılmasıdır.

Təlim reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və “HAQQINA SAHİB ÇIX!” kampaniyasının münasib şəkildə mediada işıqlandırılmasına xidmət edir. Bu təlim, həmçinin Kampaniyanın media ilə əməkdaşlığa dair digər təşəbbüslərində (media müsabiqəsi, illik media mükafatlandırılması, Kampaniyanın media meneceri vəzifəsində iş imkanı və s.) iştirak etmək üçün önəmli komponentdir.

Kampaniyanın İşçi Qrupunun bir neçə üzvü Azər Mehtiyev, Əvəz Zeynallı, İlhamiyyə Rza, Nicat Gözəlov və Vasif İsmayıl 3 gün ərzində təlimçi qismində reproduktiv sağlamlıq mövzusunun tibbi, hüquqi, əxlaqi-mənəvi, iqtisadi və psixoloji müstəvilərini əhatə edəcəklər. Təlimin metodologiyasına təqdimatlar, keyzlərin təhlili, qrup çalışmaları, müzakirələr və nəticələrin əldə edilməsi daxildir.

Kursun bütün günlərində nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTDİR. Təlimdə maksimum 20 iştirakçı üçün yer nəzərdə tutulub. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirak şansınızı artıracaq. Təlimdə 3 gün ərzində nizamlı iştirak edən iştirakçılar təlimin sonunda sertifikatla təltif olunacaq.

Regiondan gələn jurnalistlərə üstünlük veriləcəkdir, həmçinin onların yol xərcləri tam ödəniləcəkdir.

Təlimlərdə iştirak: Pulsuzdur
Təlimin tarixi: 31 may – 02 iyun 2019 (10:00-17:00)
Təlimin məkanı: RİQC-in ofisi

Qeydiyyat: ward.azerbaijan@gmail.com və
l.orucova@gmail.com e-mail ünvanlarına müraciət etməklə ərizə formasını əldə edə bilərsiniz

Ərizənin son qəbul tarixi: 27 may, saat 18:00
Əlaqələndirici şəxs: Leyla Orucova
Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
Bakı şəhəri, A. Cəlilov küç. 26, mən. 98
Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

 

ƏRİZƏ FORMASI

 

Zəhmət olmasa, bu formanın BÜTÜN hissələrini doldurun və ward.azerbaijan@gmail.com və l.orucova@gmail.com email ünvanlarına göndərin. Tamamlanmamış ərizələrə baxılmayacaq.

 

  1. ŞƏXSİ MƏLUMAT:

 

  1. Adı, soyadı: ___________________________________________________

 

  1. Doğum ili: ___________________________________________________

 

  1. Təmsil etdiyi KİV (varsa): ___________________________________________________

 

  1. Həmin KİV-də vəzifəsi: ___________________________________________________

 

  1. Əlaqələr:

 

– Mobil telefon nömrəsi:         ___________________________________________________

 

– Email ünvanı:                       ___________________________________________________

 

  1. Jurnalistika təhsiliniz var?

 

Bəli_______ Xeyr_______

 

  1. Son 3 il ərzində jurnalistika ilə peşəkar səviyyədə məşğul olmusunuz?

 

Bəli_______ Xeyr_______

 

Əgər cavab müsbətdirsə, zəhmət olmasa, jurnalist fəaliyyətinizi bir neçə cümlə ilə təsvir edin:

 

____________________________________________________________________________

 

____________________________________________________________________________

 

____________________________________________________________________________

 

  1. Son 3 il ərzində jurnalistika mövzusunda əlavə təlimdə iştirak etmisiniz?

 

Bəli_______ Xeyr_______

 

 

  1. Siz nə vaxtsa KİV-dən başqa digər sektorda işləmisiniz?

 

Bəli_______ Xeyr_______

 

 

  1. Əgər cavab müsbətdirsə, zəhmət olmasa, əvvəllər hansı sektorda fəaliyyət göstərdiyinizi qeyd edin (1-dən artıq bəndi qeyd etmək olar)

 

  1. Dövlət qurumu
  2. QHT
  3. Biznes
  4. Akademik sektor
  5. Beynəlxalq təşkilat
  6. Digər (dəqiqləşdirin) ___________________________________________________

 

  1. REPRODUKTİV SAĞLAMLIQ VƏ HÜQUQLAR mövzusunda TƏCRÜBƏNİZ:

 

  1. Sizin reproduktiv sağlamlıq və hüquqlar mövzusunda hər hansı iş təcrübəniz var?

 

Bəli_______ Xeyr_______

 

  1. Sizin reproduktiv sağlamlıq və hüquqlar mövzusunda hər hansı məlumatınız var?

 

Bəli_______ Xeyr_______

 

  1. Son 3 il ərzində reproduktiv sağlamlıq və hüquqlar mövzusunda təlimlərdə iştirak etmisiniz?

 

Bəli_______ Xeyr_______

 

Cavab müsbətdirsə, təşkil edən təşkilatın adını qeyd edin_____________________________

 

  1. Zəhmət olmasa, reproduktiv sağlamlıq və hüquqlar mövzusunun hansı aspektləri haqqında məlumata ehtiyacınız olduğunu bildirin (istənilən qədər bəndi qeyd edə bilərsiniz)

 

  1. Tibbi
  2. Hüquqi
  3. Əxlaqi-mənəvi
  4. İqtisadi
  5. Psixoloji

 

  1. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətini daha öncə tanıyırdınız?

 

Bəli ________ Xeyr__________

 

  1. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin təşkil etdiyi təlimlərdə (istənilən mövzuda) daha öncə iştirak etmisiniz?

 

Bəli ________ Xeyr__________

 

  1. Bu təlimdə niyə iştirak etmək istəyirsiniz?

 

  1. Bu təlimin bütün günlərində (31 may – 02 iyun) iştirak edə biləcəksinizmi?

Bəli ________ Xeyr (izah edin)__________

 

 

 

İmza:                          __________________________________________________________

 

Tarix:                          __________________________________________________________

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button