Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) audit aparır. Bu barədə report.az-ın sorğusuna cavab olaraq Palatadan bildirilib.

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button