Hikmət Hacıyev: “30 il gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəyini bildirsin”

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin. Bunu prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Hacıyev bildirib ki, Azərbaycanın işağldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib.

“Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESCO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan artıq Şuşanın, Qarabağın yenidən qurulmasına başlayıb: “Şuşanın yenidən qurulması üçün işlər görürük. Biz Qarabağda apardığımız işlərlə dünyaya yenə də sülh nümayiş etdiririk. Müharibə olduqda, sülhün olmaması fonunda mədəniyyəti çox düşünmək olmur, çünki qaçqınlar, yoxsulluq fonunda mədəniyyət sonda qalır. Amma indi mədəniyyətsiz sülh olmayacaq”.

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button