Hövsan kəndi ayağa qalxdı

Mindən artıq sakin maşın təkərlərini yandırıb barrikada qurdular

Bu gün saat 22:00 radələrində Hövsan kəndinin etiraz aksiyasına başlayıb. Kənd sakinlərinin XuralTAC-a verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməsi onların səbrini daşırıb: “Artıq 3 gündür ki, kəndə elektrik enerjisi verilmir”. Sakinlərin bildirdiyinə görə, onlar kənd məscidinin qarşısında yolu bağlayıblar: “Bütün kənd bura axışıb. Maşın təkərlərini yola düzüb yandırmışıq. Kəndə fasiləsiz elektrik enerjisi verilənədək aksiyamıza davam etdirəcəyik”.
Xatırladaq ki, fevralın 9-da Hövsan qəsəbəsinin mindən artıq sakini qəsəbəyə elektrik enerjisinin verilməməyinə etiraz olaraq aksiya keçirib. Aksiya iştirakçıları qəsəbəyə gedən mərkəzi yolu bağlayıb. Suraxanı Rayon İcra hakimiyyətinin əməkdaşlarının və polisin əraziyə gəlsələrdə etiraz aksiyası davam edib. Qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa edildikdən sonra aksiya başa çatmışdı.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button