Hüquq müdafiəçiləri siyasi məhbuslara qarşı təzyiqə son qoymağa və onları azad etməyə çağırıblar

 Bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilməsinə baxmayaraq, 150 siyasi məhbus hələ də həbsxanadadır.

Bundan başqa, Mehman Hüseynovla bağlı güzəştə getməli olan hakimiyyət bu “güzəşt”in qisasını digər siyasi məhbuslardan alır. Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) bəyanatında deyilir.

Belə ki, Qobustan Qapalı həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərkatının (MBH) sədri Tale Bağırzadəyə qarşı olan mənəvi, pisoloji və fiziki təzyiqlər o səviyyəyə çatıb ki, o, özünə xəsarət yetirib.

Digər MBH üzvü Abbas Hüseyn həbsxananın rəisi Aftandil Ağayev tərəfindən incidildiyinə, işgəncəyə məruz qaldığına görə onu məhkəməyə verdiyi üçün döyülə- döyülə 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Döyülmə nəticəsində başı yarılıb, ağır bədən xəsarətləri alıb. 15 gündən çoxdur ki, onun ailə üzvləri və vəkili ilə görüşməsinə imkan verilmir.

16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlıya qarşı təxribat cəhdləri edilir.

Milli Şuranın 19 yanvar mitinqindən sonra 50-yə yaxın ictimai fəal inzibati həbslərə və cərimələrə məruz qoyulub.

AXCP fəallarının işi üzrə məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə halları haqqında məlum olub. Bu idarədə həbs edilənlərə qarşı dəfələrlə işgəncə faktları olmasına baxmayaraq, onun əməkdaşlarına qarşı heç bir tədbir görülmür. SMMM BMCMİ-nin fəaliyyətini yoxlamağa və təqsirkarları cəzalandırmağa çağırıb.

SMMM hakimiyyəti ifadə və toplaşmaq azadlığını təmin etməyə, müxalifətin mitinqinin iştirakçılarının polisə çağırılmasına son qoymağa çağırıb.

SMMM hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən Mehman Hüseynovu azad etməyə çağırır

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button