İkram Rəhimovun prezidentə müraciət etməsinə imkan vermirlər

Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun istintaq təcridxanasından Azərbaycan prezidentinə, xarici diplomatik korpusa, ombudsmana müraciət etməsinə imkan vermirlər. Bu barədə jurnalistlərin yaxınları bildirib.

“İkram Rəhimov ona qarşı ittihamların qurama olduğunu deyir. Barəsindəki məhkəmə qərarını da qanunsuz sayır. Bununla bağlı prezidentə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara, ombudsmana müraciət etmək istəyir. Ancaq deyir ki, onun müraciətləri istintaq təcridxanasından göndərilmir”, deyə Rəhimovun yaxınlarından biri bildirib.

Eyni zamanda, jurnalist saxlanma şəraitindən şikayət etmir.

DTX-dən, Rəhimovun saxlanıldığı istintaq təcridxanasından şərh almaq mümkün olmayıb.

Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı pul tələb etmə ittihamı irəli sürülüb. O, ittihamı təkzib edib və peşə fəaliyyəti ilə əlaqədar təqib edildiyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button