İlham Əliyev: “Qoy 5 rayon, sonra 2 rayon azad olunsun, bundan sonra….”

Bakı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu tərəfindən müəyyən edilmiş prinsiplər əsasında həllinə sadiq qalır.

Xural.com bildirir ki, bunu RİA Novosti-yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bu prinsiplər illər ərzində işlənib hazırlanmışdır. On ildən çoxdur, deyərdim. Ermənistanın əvvəlki rəhbərliyi ilə işləyərkən, mövqelərin əlaqələndirilməsi prosesində çox fəal şəkildə irəlilədik”, – deyə İ.Əliyev Azərbaycan və Ermənistan liderlərinin cümə axşamı Rusiyanın RİA Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdikləri paralel müsahibədə bildirib.

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur. Birinci mərhələdə bu, işğal olunmuş ərazilərin cənub-şərq hissəsi – beş rayondur. İkinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonlarıdır. Bütün kommunikasiyaların, o cümlədən Ermənistan-Azərbaycan sərhəddində yerləşən başqa kommunikasiyaların açılması. Qaçqın və məcburi köçkünlərin öz əzəli yaşayış yerlərinə qayıtması-azərbaycanlı qaçqınların Şuşa və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını nəzərdə tutur. Və tərəflərin Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı razılaşdırmalı olduqları danışıqlar”, – deyə Prezident əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button