“İlham Əliyevə 2020-ci ilə qədər məni həbsdə saxlamaq imkanı yaratdılar”
İlqar Məmmədov: Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam
Bunu hazırda məhbus həyatı yaşayan ReAl Partiyasının sədri İlqar Məmmədov bəyan edib.
Avropa Parlamenti iyulun 4-də Avropa İttifaqının Azərbaycanla yeni müqavilənin bağlanması ilə bağlı şərtlər siyahısını tərtib edib.
Avropa Parlamenti bəyan edib ki, Azərbaycanda əsas insan azadlıqları və hüquqları təmin edilməyənə qədər, bütün siyasi və vicdan məhbusları azadlığa buraxılmayana qədər Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirəsi aparılan yeni saziş imzalanmamalıdır.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.
Meydan TV