İlham Əliyevlə Nikol Paşinyan futbolda tanış olublar

Onları Rusiya prezidenti Putin görüşdürüb

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Səudiyyə Ərəbistanının futbol yığmalarının matçından sonra onu Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib. Bu barədə N.Paşinyan özünün Facebook səhifəsində yazıb: “Futboldan sonra Rusiya prezidenti MDB ölkələri başçıları formatında kiçik qəbul təşkil etdi. Azərbaycan prezidenti İlham Əliyev də orada idi və Rusiya prezidenti bizi tanış etdi, tanışlığımız belə oldu”, – N.Paşinyan yazıb. O qeyd edib ki, “başqa söhbət və ya məzmunlu danışıq olmayıb”.

(azadlıq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button