İlham Əliyev Putini təbrik edib

Martın 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Telefon söhbəti zamanı ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bazar günü, martın 17-də Rusiyada prezident seçkilərində səsvermə (üç gün çəkib) başa çatıb. Hesablanan bülletenlərin 80 faizinin nəticələrinə əsasən, V.Putin 87 faizdən çox səs toplayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button