İlham İsmayıl Müdafiə naziri ilə niyə görüşə bilmədi?!

İlham İsmayıl Paşinyanın son bəyanatı ilə bağlı Müdafiə naziri ilə görüşmək istəyib. Bir neçə nəfərin müşayiəti ilə Müdafiə Nazirliyinə gedən İ.İsmayıl buna nail ola bilməyib və hadisəni təsvir edən status yazıb. Xural.com İ.İsmayılın statusunu təqdim edir:

Paşinyanın Azərbaycanı təhqir edəndən sonra Azərbaycanın reaksiyasının adekvat olmayacağı məlum idi. Bu baxımdan istər rayonlarda, istər Bakıda yaşayan Qarabağ camaatının bir çox nümayəndələri mənə müraciət etdi və görüşmək niyyətlərini açıqladılar. Bir xeyli insanlarla görüşüb məsələni müzakirə etdik. Hamı qəzəbli idi, hamı pərt idi. Qəzəb də, nifrət də daha çox özümüzünkülərə qarşı idi. Hər kəsi bir sual düşündürürdü: niyə erməniyə cavab verə bilmirik? Təklif olundu ki, Müdafiə nazirliyinin qarşısında toplaşıb sualı birbaşa nazirə və digər səlahiyyətli hərbiçilərə ünvanlasınlar. Bunun üçün daha çox insanları, təcili nazirliyin qarşısına toplamaq da təklif olundu. Fikirləri dinlədikdən sonra bu qərara gəldim ki, nazirliyin qarşısına toplaşmaq düzgün qəbul olunmaycaq və erməniyə güc göstərməkdən çəkinməklərinə baxmayaraq, bizə aşırı güc göstərə bilərlər. Nazirliyə tək getməyi qərara aldım və qəbul olundu. İki nəfərin müşayəti ilə Müdafiə nazirliyinə gedib nazir və ya baş qərargah rəisi ilə görüşməyi tələb etdik. Bizə cavab verən kapitan bildirdi ki, Sahil metrosunun yanında qəbula yazılırlar, gedin ora və bir aya sizi qəbul edərlər. Mən kapitana bildirdim ki, bura indicə min nəfər gəlirdi, qarşısını alıb üç nəfər gəlmişik və işimiz təcilidir. Kapitan əmrə tabe olduğunu və başqa heç nə deyə bilməyəcəyini bildirdi. Hər halda bizim sözümüzü çatdırmağı və gözlədiyimizi dedik. Görüşsəydik nə deyəcəydik? Əgər nazir Zakir Həsənov qəbul etsəydi, ilk sualım bu olardı ki, siz şəxsən təhqir olunanda reaksiyanız necə olur ?2. Paşinyanın, Tonoyanın təhqirinə niyə cavab verə bilmir, yoxsa Azərbaycanın təhqir olunmasını, hədələnməsini özü üçün təhqir hesab etmir? 3. Azərbaycan tarixinə necə bir müdafiə naziri kimi düşmək istəyir, bu gün necədirsə eləmi? Və sairə… Əgər, işdi bizi Baş qərargah rəsi qarşılasaydı ona köhnə tanışım kimi sual verəcəydim və təbii ki, başa düşdüyü dildə:

“Вы, наверное помните первый приезд в Азербайджан, а конкретно в Ханларский район в качестве зам. командира Украинского батальона. Перед Вами была поставлена задача защитить армянское население района от азербайджанцев. И Вы с ноября 1988 года успешно выполнили задачу до 20 апреля 1991 года. За этот период армянское село Чайкенд, с помощью боевиков из Армении были полностью вооружены,а Вы им не препятствовали. Почему? Ведь, Вы были комендантом всего района. Теперь, Вы начальник генштаба Азербайджанской Армии. Однако, Вы продолжайте свое дело и сейчас тоже не препятствуйте армянских вооруженных сил, который оккупировали Карабах. Почему? Поставленная перед Вами задача тоже самая?”

Bunları ona görə yazdım ki, MN rəhbərliyinin bizləri qəbul edəcəyi, erməninin üzərinə hücumu kimi bir şeydir. Söz də vermədilər ki, qəbul edəcəklər. Amma, gələn dəfə nazirliyə mən yox, camaat özü gedəcək, mən etimadı doğruldub, içəri keçə bilmədim.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button