İngiltərə mətbuatı “Xural”dan yazdı

“Xural” qəzetinin əmlakının müsadirə edilməsi və qəzetin çapına qoyulan qadağalara beynəlxalq reaksiyalar verilir.
İngiltərənin Sülh və Hərb İcmalları İnstitutun rəsmi saytında (http://iwpr.net/) “Xural” qəzetinin və “Liberal.az” saytının əmlakının müsadirə edilməsilə bağlı geniş məqalə yerləşdirilib. Məqalədə qəzetin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və prezident yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli tərəfindən cərimə edildiyi qeyd olunub. Eyni zamanda, əmlakın müsadirə olunmasına “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının münasibəti öyrənilib. Məqalədə “Xural” qəzetinin direktoru Nizami Həsənlinin qəzetin çapına qoyulan qadağa ilə bağlı açıqlamaları da yer alıb.
Sülh və Hərb İcmalları İnstitutun əməkdaşları Prezident Administrasiyası mətbuat xidmətinin rəhbəri Azər Qasımlının və “Ekspress Service” mətbəəsinin direktoru Elnur Əliyevin mövqeyini öyrənməyə cəhd ediblər. Lakin hər iki şəxs “Xural” qəzetinə basqılara münasibət bildirməkdən imtina edib. Məqalədə həmçinin “Liberal.az” saytının təsisçisi Əfqan Muxtarlının fikirləri də yer alıb.

XuralTAC

24/10/2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button