İqtisadiyyat İnstitutunun direktoru həbs edilib

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin qurumun nəzdində Doktorluq dissertasiya şurasının sədri Müşviq Atakişiyev həbs olunub. O, Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişində şübhəli bilinir.

Bu barədə bu gün, noyabrın 16-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

T.Əhmədov 2011-ci ildə öldürülüb. Həmin vaxt M.Atakişiyev Təfəkkür Universitetinin rektoru vəzifəsində çalışıb.

İddiaya görə, “M.Atakişiyevin T.Əhmədovu… rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə şübhələr müəyyən edilib”.

M.Atakişiyev Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, M.Atakişiyev, onun vəkillərindən və işdə adı çəkilən digər tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button