İstiqlalımızın çörəyini anti-istiqlalçılar yeyir

Nurəddin Xoca   

 İnqilabı dahilər hazırlayır, fanatlar həyata keçirir, fırıldaqçılar isə bəhrələnir!

Deyəsən, Azərbaycanda hər şey tərsinə dövran edir. Ola bilər ki, bəlkə heç etmir, bəlkə elə bütün bunlarda qanunauyğunluq var. Bilirsinizmi, niyə məni bu fikirlər düşündürür? Cünki mən də bu İstiqlal üçün mücadilə verənlərin içində olmuşam.

Amma fələyin işinə baxın ki, mən və mənim kimilər, yəni istiqlalımıza qovuşmaq üçün mübarizə aparanların payına həbsxanalar, istiqlalımızı qəbul etməyənlər, ona qarşı səs verənlərə isə vəzifə və mənsəblər qismət oldu!

Milli Məclisdə istiqlalımıza səs verən millət vəkillərinin çoxunun aqibəti göz qabağındadır. Amma əfsuslar olsun ki, istiqlalımıza qarşı səs verənlərin də aqibəti göz qabağındadır. Bəlkə müqayisə edək? Dəyərmi?

Məncə, dəyməz. Çünki artıq ən ucqar kənddə yaşayanlar da azadlıq uğrunda mübarizlərin yerinin həbsxana, azadlığı boğanların yerinin isə vəzifə kürsüsü olduğunu bilirlər. Görün, istiqlalımıza “yox” deyənlərin aralarında kimlər var:

Arif Rəhimzadə

Əli Həsənov

Eldar İbrahimov

Yaşar Əliyev

Abbas Abbasov

İrşad Əliyev…

Əslində, bu siyahını çox uzatmaq olar. Amma yenə deyirəm, nəyə lazım?!

Ondansa, bu şərəfli siyahıya baxaq – istiqlalımıza səs verən, azadlığı bu vətənə bəxş edən millət vəkillərinə:

İsgəndər Həmidov

Rəhim Qaziyev

Arif Hacılı

Fərəc Quliyev…

Bu siyahını da uzatmaq olar. Amma lazımdırmı? Onsuz da xalq öz qəhrəmanlarını və düşmənlərini yaxşı tanıyır. Həm də baxın azadlığa, müstəqilliyə səs verən millət vəkillərinə: ya həbsxanalarda çürüdülər, ya da heç bir yerdə iş tapmayaraq hərəsi bir yerdədir.

Bəla ondadır ki, müstəqilliyimizi istəməyənlər, müstəqilliyimizə səs verənləri VƏTƏNƏ XƏYANƏTDƏ ittiham edərək, onları həbsxanalara atdırdılar.

Müstəqilliyə qarşı çıxanlar kürsülərdən İstiqlalçı millət vəkillərinə ittiham dolu nitqlər ünvanladılar. Onların göstərişləri ilə azadlıqsevərləri məhkum etdilər.

Bəli, istiqlala səs verənləri istiqlala qarşı çıxanlar təkrar-təkrar “vətənə xəyanət”də ittiham etdilər; Var gücləri ilə, ağızları köpüklənə köpüklənə.

Əslində, elə belə də olmalı idi. Axı, boş yerə deməyiblər: inqilabı dahilər hazırlayır, fanatlar həyata keçirir, fırıldaqçılar isə bəhrələnir. Baxın, çox uzaq olmayan tarixdən inqilabı hazırlayanlar da məlumdur, həyata keçirənlər də, bəhrələnənlər də! İndi mən susa bilərəm, söz Cənab Xalqındır. Qoy, xalq desin, özgə buna nə ad vermək olar? Sən bir sistemin yaranmasına qarşı ol və sonra qəbul etmədiyin sistemdə SƏLAHİYYƏT YİYƏSİNƏ ÇEVRİL!

Amma zatən dahilər bir söz də deyib. İnqilab özünü qorumalıdır. Özünü qoruya bilməyən inqilabın axırı bugünkц Azərbaycan olacaq.

Özünü qoruya bilməyən inqilabın memarları İsgəndər Həmidov, Fərəc Quliyev, Rəhim Qaziyev, Arif Hacılı kimi həbsxanalarda yatmalıdırlar. İstiqlalçı deputatlara işləməyə şərait olmamalıdır. Onlara iş verənin aqibəti çox pis olar. İstiqlalçı deputatlar heç pensiyalarını belə ala bilməzlər. Olmaz!

Onlara sadəcə, təmiz vicdanları və xalq, vətən, övladları qarşısında açıq və dik olan başları qalır.

Birdən insan bazarında təlэbat olsa, dünənki rəqibləri hansınısa sındırıb ala bilərlər.

İstiqlalı istəmiyənlər, ona qarşı səs verənlər isə “İstiqlal” və “Şərəf “ ordenləri ilə təltif olunurlar, evlər və yüksək pensiya ilə təmin olunurlar… Baxın, indi bu doğrudan da nonsensdir, ya yox?

Ağla sığmayan bir hadisədir!

Görəsən, o qədər var-dövlətin, sərvətin içində onların vicdanları sakitdirmi? Onlar başlarını dik qaldırıb xalqın arasında gəzə bilirlərmi?

Hər halda, heç kimin xəbəri olmasa da, özləri ki öz ayıblarını yaxşı bilirlər!

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button