İsveç məhkum edilmiş PKK üzvünü Türkiyəyə ekstradisiya edib

İsveç Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə ekstradisiya edib.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə sığınacaq üçün İsveçə müraciət etsə də, rədd cavabı alıb.

Cümə günü Tat İstanbula aparılıb, daha sonra tibbi müayinə və saxlanmaq üçün hava limanında polis bölməsinə aparılıb.

İyunun sonunda Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya daxil olma prosesinin qarşısını açacaq təhlükəsizlik sazişi bağlanıb.

Türkiyə prezident administrasiyasından verilən məlumata saziş imzalamaqla İsveç və Finlandiya Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına və digər birləşmələrə dəstək verməmək barədə öhdəlik götürüblər.

May ayında Türkiyə Finlandiya və İsveçin ittifaqa daxil olması ilə bağlı NATO-da danışıqların başlamasına qarşı olub. Həmin ərəfədə mediada gedən məlumatlara görə, Ankara İsveçdən Türkiyə hakimiyyəti tərəfindən terrorda ittiham olunan 30 nəfərin ekstradisiyasını tələb edib.

Beləki Finlandiya ilə İsveç Rusiyanın Ukraynaya hücumundan sonra öz bitərəfliklərindən əl çəkərək öz təhlükəsizlik səbəbləri ilə NATO-ya üzv olmaq qərarına gəliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button