Jurnalisti 30 dəqiqə ərzində 5 yerə parçaladılar-DÜNYA ŞOKDA

Ər-Riyadda 2018-ci ilin 2 dekabrında Səudiyyə Ərəbistanın İstanbul Baş Konsulluğunda öldürülən səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı ilə bağlı məhkəmə prosesi başlanıb. Proses daha çox Səudiyyə Kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanın bu dəhşətli cinayət əməlindən kənarda saxlanmasına hesablanıb.

Məlumata görə jurnalisti öldürən 15 nəfərlik sui-qəsd komandasının lideri Mahir Abdülaziz Mutreb əslində bir yox, iki nömrə olub. Bu işdə bir nömrə 15 nəfərlik sui-qəsd komandası ilə birlikdə İstanbula gələn general Mansur Əbu Hüseyndi. Hüseyn, şahzadə Salmanın adamı, həbsdə olan keçmiş kəşfiyyat xidməti rəhbərinin vəkili Əhməd Əl Asirinin təlimatı ilə Qaşıqçını öldürmək üzrə “Kəşfiyyat”, “Müzakirə” və “Logistik” adlarında üç ayrı qrup yaradıb. Mənsur Əbu Hüseyn hər üç qrupa rəhbərlik edib.

“AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, Ər-Riyadda başlanan məhkəmə ilə paralel olaraq Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) öldürülən Camal Qaşıqçı cinayətindən dərhal sonra əldə etdiyi və bu günə qədər məxfi saxlanılan danışıqların səs yazısı ilk dəfə dünya ictimaiyyətinə açıqlanıb.

Sözügedən səs qeydlərində “Qurbanlıq heyvan gəlibmi?”, “Cəsəd torpaya yerləşərmi?” kimi danışıqlar diqqəti çəkir.

Qeyd edilir ki, konsulluq binasında danışıqlardan biri saat 13:02-də, Camal Qaşıqçının binaya girməsindən 12 dəqiqə əvvəl ölüm qrupunun lideri Mahir Əbdüləziz Mutreb ilə jurnalistin cəsədini parçalayacaq mütəxəssis Salah Məhəmməd Tubeyki arasında baş tutub.

5 nəfərdən ibarət ölüm qrupu arasındakı iki nəfər arasında olan dialoq bu şəkildə olub:

Murteb: Cəsədi bir torbaya qoymaq mümkündürmü?

Tubeyki: Xeyir. Çox ağır, boyu da uzundur. Əslində mən hər zaman kadrlar üzərində işləmişəm və kəsməyi gözəl bacarıram. Heç isti bir bədən üzərində işləməmişəm, amma onu da asanlıqla həll edə bilərəm. Normalda kadrları kəsəndə qulaqcıq taxaraq musiqi dinləyirəm. Bir yandan da kofemi siqaretlə içirəm. Mən cəsədi parçaladıqdan sonra siz də onu torbaya qoyar və çıxararsınız.

Dialoqun sonunda, saat 13:14-də Murteb “Qurbanlıq heyvanın” gəlib-gəlmədiyini soruşur, qrup üzvlərindən biri isə “gəlib” cavabını verir.

Jurnalist Camal Qaşıqçı konsulluğa daxil olarkən, səs qeydlərinə görə, tanıdığı bir şəxs tərəfindən qarşılanır. Bu zaman Qaşıqçıya baş konsulun binada olduğu deyilir. Əvvəlcə jurnalist mədəni şəkildə konsulluğun ikinci mərtəbəsinə dəvət olunur. Bundan şübhələnən jurnalist qolundan tutan şəxsdən aralanmaq istəyir və “burax, nə etdiyini düşünürsən?” deyə sual edir.

Qaşıqçı otağa daxil olan kimi Murteb deyir: Gəlin əyləşin, sizi Ər-Riyada aparmaq məcburiyyətindəyik. İnterpoldan göstəriş var. İnterpoldan sizi geri göndərməyimizi əmr ediblər. Sizi aparmağa gəlmişik.

Qaşıqçı: Mənimlə bağlı bir məhkəmə yoxdur. Bayırda məni nişanlım gözləyir.

Murteb: Mobil telefonunuz varmı?

Qaşıqçı: Var.

Murteb: Hansı markadır?

Qaşıqçı: İphone.

Qaşıqçının edamından əvvəl son 10 dəqiqə ərzində isə aşağıdakı dialoq yaşanır:

Murteb: Oğlunuza bir mesaj göndərin.

Qaşıqçı: Oğluma nə deyim?

Murteb: Bir mesaj yazacaqsan. Göndərin, bizə də göstərin.

Qaşıqçı: Nə deməliyəm? Yaxınlarda görüşəcəyimizi?

Bu arada bilinməyən qrup üzvünün “qısa kəsək” sözləri eşidilir.

Murteb: Oğlunuza “İstanbuldayam. Mənimlə əlaqə saxlaya bilməsən narahat olma” mövzusunda bir mesaj yazacaqsan.

Qaşıqçı: Qaçırıldım deyə bilmərəm?

Bilinməyən qrup üzvü: Poliverini çıxar.

Qaşıqçı: Konsulluqda belə bir şey necə ola bilər? Mən heç bir şey yazmayacağam.

Murteb: Yazın, Camal bəy. Tələsin. Siz bizə kömək edin ki, biz də sizə kömək edək. Sonda sizi Səudiyyə Ərəbistanına aparacağıq. Əgər bizə kömək etməsəniz sonunda nə olacağını bilirsiniz.

Qaşıqçı: Burada dəsmal var, mənə dərman verəcəksiniz?

Tubeyki: Sizi yatırdacağıq.

Dərman verdikdən sonra jurnalist huşunu itirmədən əvvəl “Ağzımı bağlamayın, astmam var, etməyin, məni boğacaqsınızmı” sözlərini deyir.

Məhz bunlar Camal Qaşıqçının son sözləri olur. Cəllad işə başlayır, jurnalistin başına onu boğacaq salafan keçirir.

Səs yazılarına görə, bundan sonra boğuşma səsləri və ölüm qrupunun “yatdımı”, “başını qaldırır”, “Sərt itələyin” tipli sözlər eşidilir. Jurnalistin ölümündən sonra cəsədin parçalanması işlərinə başlanılır. Saat 13:39-da cəsədin parçalanması anının səsləri eşidilməyə başlanır. Bu dəhşətli edam əməliyyatı yarım saat çəkir. Jurnalistin cəsədi Tubeyki tərəfindən parçalara ayrılır və 5 torbalaya qoyularaq konsulluğun binasından çıxarılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button